Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanın Gürcüstana təbii qaz tədarükü ilə bağlı saziş iki ölkə arasında hökumətlərarası danışıqların uğurla başa çatması nəticəsində daha 20 il müddətinə uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Gürcüstanla Azərbaycan arasında qazın alqı-satqısına dair müqavilə 2003-cü ildən qüvvədədir və 2026-cı ildə başa çatmalı idi.
“Qonşumuz Azərbaycanla dostluq və qarşılıqlı hörmət şəraitində danışıqlar apardıq və hər iki tərəf üçün faydalı razılaşmalara nail olduq”, – deyə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze bildirib.
Nazirliyin məlumatına görə, sazişlə nəzərdə tutulan bütün həcmdə təbii qaz Gürcüstanın qaz sektorunun tələbatının ödənilməsinə yönəldiləcək. Bu isə sektora fasiləsiz və sabit qaz tədarükünə zəmanət verir.
Hökumətlərarası saziş, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Midstream Operation” MMC-si ilə Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinə dair əməliyyat sazişinin bağlanmasını nəzərdə tutur.
Sənəddə kəmərin tranzit marşrutunun fəaliyyəti və texniki xidməti ilə yanaşı, Bakı-Tbilisi-Supsa neft kəmərinin və Supsa terminalının istismarı məsələləri də əksini tapıb.
“Bildiyiniz kimi, bu kəmər son bir neçə ildə istismar olunmayıb. Buna görə də Azərbaycan tərəfi onun istismarını bərpa etməyi öhdəsinə götürür. Bu isə ölkəmizə əlavə gəlir gətirəcək”, – deyə Arveladze qeyd edib.
Azərbaycan və Gürcüstan arasında enerji sektorunda imzalanan bu genişmiqyaslı sazişlər paketi tarixi əhəmiyyət daşıyır. Razılaşmaların iki ölkə arasında iqtisadi əlaqələri daha da dərinləşdirəcəyi və Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















