Icma.az
close
up
RU
Azərbaycan Gürcüstandan avtomobil alışını azaldır

Azərbaycan Gürcüstandan avtomobil alışını azaldır

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Gürcüstandan avtomobil alışını azaldır

Gürcüstandan Azərbaycana avtomobil tədarükü 2026-cı ilin yanvar-iyul aylarında kəmiyyət ifadəsində 38%, dəyər ifadəsində isə 26% azalıb. Oxuməni. az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatlarında qeyd olunub.

Cari 2026-cı ilin əvvəlindən Gürcüstan Azərbaycana 105,6 milyon dollar dəyərində 3153 avtomobil ixrac edib. Buna baxmayaraq, "Sputnik Georgia"nın məlumatına görə, Azərbaycan hələ də Gürcüstan avtomobillərini alan ölkələr arasında dördüncü yerdə qalır.

Son zamanlar Gürcüstandan avtomobil ixracı sahəsi ən yaxşı dövrünü yaşamır. Cari 2026-cı ilin 7 ayı ərzində ölkə xaricə 1,161 milyard dollar dəyərində 48 314 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından təxminən dörddə bir (22%), dəyər baxımından isə 20% azdır.

Ötən 2025-ci ildə Gürcüstan 2,8 milyard dollar dəyərində 111 265 avtomobil ixrac edib və əsas satış bazarları qonşu və tranzit ölkələr olub. Təkcə Azərbaycan 213 milyon dollara 7814 gürcü avtomobili alıb.

Azərbaycanda avtotexnika alışının azalması aydın müşahidə olunan bir tendensiyadır: görünür, ölkə bazarı artıq dolub. Belə ki, məlumatda qeyd olunur ki, Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında 807,4 milyon dollar dəyərində 41 105 avtomobil idxal edib ki, bu da ötən 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət baxımından təxminən üçdə bir (31,05%), dəyər baxımından isə 35,17% azdır.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 26 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri