Icma.az
close
up
RU
Azərbaycan Halal Biznes Forumunun II günündə KOB ların iqtisadiyyatda rolu müzakirə edilib

Azərbaycan Halal Biznes Forumunun II günündə KOB ların iqtisadiyyatda rolu müzakirə edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakıda keçirilən II Azərbaycan Halal Biznes Forumunun 2-ci günündə KOB-ların yaşıl keçidinə, halal turizmə və halal sənayenin inkişafında qadınların roluna dair panel müzakirələr təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata əsasən, KOB-ların yaşıl keçidinə dair paneldə iştirakçılar kiçik və orta sahibkarlıqların iqtisadiyyatda rolunu, ekoloji məsuliyyətli istehsal və resurslardan səmərəli istifadə kimi məsələləri müzakirə ediblər.

Halal turizmlə bağlı paneldə halal standartlara cavab verən turizm xidmətlərinin inkişafı, beynəlxalq bazarlara çıxış imkanları, Azərbaycanın və regionun bu sahədə potensialı barədə fikirlər səsləndirilib. Halal sənayenin inkişafında qadınların rolu panelində qadın sahibkarların halal iqtisadiyyatda iştirakı, innovativ təşəbbüsləri diqqət mərkəzində olub, qadın sahibkarlar uğur hekayələrini bölüşüblər.

AZHAB Forum çərçivəsində təşkil olunmuş sərgi də bu gün öz işini davam etdirib.

Ümumilikdə AZHAB Forumu 2 gün müddətində 30-dan çox ölkədən rəsmi şəxsləri, beynəlxalq təşkilatları, akademik dairələrin nümayəndələrini, iş adamları və mütəxəssisləri bir araya gətirib. Forum çərçivəsində ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış imkanları, halal sənayenin potensialı və yeni trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılmasına dair fikir mübadiləsi və müzakirələr aparılıb. Tədbir çərçivəsində 2 gün ərzində 6 panel müzakirə, 30-a yaxın Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan və Qırğızıstan şirkətlərinin təmsil olunduğu sərgi, B2B görüşlər təşkil olunub.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsi məqsədilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi” təsis olunub və şəbəkənin ilk iclası keçirilib. “İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib və şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib.

Qeyd olunub ki, AZHAB Forumu İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı, eləcə də bir sıra təşkilatların tərəfdaşlığı ilə baş tutub. 2024-cü ildən keçirilən AZHAB Forumu ötən il İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri