Azərbaycan Harvard Universitetinin ekspertləri ilə dövlət maliyyəsinin idarə olunmasını müzakirə edib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Bu gün Maliyyə Nazirliyində ABŞ-nin Harvard Universitetinin "Growth Lab" beynəlxalq inkişaf mərkəzinin ekspertləri ilə görüş keçirilib.
525.az nazirliyə istinadən xəbər verir ki, görüş zamanı dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar, o cümlədən fiskal çərçivənin təkmilləşdirilməsi, büdcə qaydasının tətbiqi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində qabaqcıl yanaşmalar müzakirə edilib.
Həmçinin, müzakirələrdə Azərbaycanın müasir fiskal çərçivəsinin möhkəmləndirilməsi, büdcə qaydaları üzrə potensial islahatlar, qeyri-neft sektorunun inkişafı və institusional koordinasiyanın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. "Growth Lab" ekspertləri fiskal və transfert qaydaları üzrə simulyasiya modelləri barədə də məlumat təqdim ediblər.
Ekspertlərin ölkəmizə səfəri Nazirlər Kabinetinin "Harvard Universiteti ilə tədqiqat və təhsil-təlim layihəsinin icrası sahəsində təşkilati-inzibati məsələlərin tənzimlənməsi haqqında" Sərəncamının icrası çərçivəsində həyata keçirilir.
Baxış sayı:105
Bu xəbər 26 Sentyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















