Azərbaycan HDQ nin gəmiləri Xəzri 2025 birgə taktiki təlimi üçün yola düşüb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.
Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 İyun 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















