Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Azərbaycan heç bir təzyiqə və diktəyə boyun əyməyib Tural Gəncəliyev

Azərbaycan heç bir təzyiqə və diktəyə boyun əyməyib Tural Gəncəliyev

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Avropa Şurasından çıxsa belə, bunu heç kim hiss etməyəcək”

“Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlər mühüm siyasi mesajlar ehtiva edir. Xüsusilə dövlət başçısının Azərbaycanın Avropa Şurasından tam çıxacağı təqdirdə belə bunu heç kimin hiss etməyəcəyi ilə bağlı bəyanatı ölkəmizin müstəqil və prinsipial siyasətinin göstəricisidir”.

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan Avropa İttifaqının icraedici strukturları -Avropa Komissiyası və Avropa İttifaqı Şurası ilə uğurlu əməkdaşlıq münasibətlərinə malikdir:

“Bu ilin mart ayında Aİ Şurasının Prezidenti Antonio Koşta, daha sonra isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır və bu əməkdaşlığın inkişafında daha çox maraqlı tərəf məhz Avropadır. Çünki Azərbaycan Avropa üçün təkcə etibarlı enerji təchizatçısı deyil, həm də Qafqaza, Xəzər hövzəsinə və Mərkəzi Asiyaya açılan strateji qapıdır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda böyük nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi mümkün deyil. Məhz buna görə də Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir. Cənab Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə süni maneələr yaradılıb, ölkəmizə qarşı qərəzli kampaniyalar aparılıb. Lakin Azərbaycan heç vaxt heç kimə diktə və təzyiq dili ilə danışmağa imkan verməyib və verməyəcək. Azərbaycan öz xarici siyasətini milli maraqlar əsasında formalaşdıran, müstəqil qərarlar qəbul edən dövlətdir və indiyədək heç bir beynəlxalq təşkilatın və ya siyasi mərkəzin təzyiqlərinə boyun əyməyib. Biz bunu Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə də açıq şəkildə nümayiş etdirdik.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə qarşı qərəzli yanaşmalar sərgilənəndə, ölkəmizə qarşı ikili standartlar tətbiq ediləndə və siyasi təzyiq cəhdləri göstəriləndə Azərbaycan prinsipial mövqe ortaya qoydu. Nümayəndə heyətimizin Assambleyadakı fəaliyyətini dayandırması bir daha göstərdi ki, Azərbaycan heç bir təzyiq və diktəni qəbul etmir və milli maraqlarına zidd olan münasibətlə barışmaq niyyətində deyil”.

Deputat bildirib ki, eyni prinsipial yanaşma Avropa Parlamenti ilə münasibətlərdə də nümayiş etdirildi:

“Məlum olduğu kimi, Milli Məclislə Avropa Parlamenti arasında Parlament Əməkdaşlıq Komitəsi fəaliyyət göstərirdi. Mən də VI çağırış Milli Məclisin deputatı kimi həmin komitənin həmsədrlərindən biri olmuşam. Bu platforma qarşılıqlı dialoq və əməkdaşlığın inkişafına xidmət etməli idi. Lakin zaman keçdikcə Avropa Parlamentində Azərbaycana münasibətdə qərəzli və siyasi motivli yanaşmaların artdığı müşahidə olundu. Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi birtərəfli qətnamələr, Azərbaycanın haqlı mövqeyinə məhəl qoyulmaması və davamlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılması əməkdaşlıq ruhuna uyğun deyildi. Buna görə də Azərbaycan tərəfi prinsipial qərar qəbul edərək Avropa Parlamenti ilə Parlament Əməkdaşlıq Komitəsindəki fəaliyyətinə son qoydu. Bu prosesin davamı olaraq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən və Avropa Parlamenti ilə tərəfdaş ölkələrin parlamentlərini bir araya gətirən "Avronest" Parlament Assambleyası da faktiki olaraq fəaliyyətini dayandırdı. Bu, bir daha göstərdi ki, qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər olmadığı təqdirdə, belə platformaların səmərəli fəaliyyəti mümkün deyil”.

Azərbaycanın bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıq olduğunu vurğulayan Gəncəliyev qeyd edib ki, bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurula bilər:

“Heç bir qurum və ya siyasi mərkəz Azərbaycana qarşı təzyiq, diktə və şantaj vasitələrindən istifadə etməklə nəticə əldə edə bilməz. Ölkəmizin indiyədək nümayiş etdirdiyi prinsipial mövqe də məhz bunu sübut edir.

Göründüyü kimi Azərbaycan Avropa İttifaqının icraedici qurumları ilə əməkdaşlığını uğurla davam etdirir, lakin Avropanın populist seqmenti olan Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi və digər qurumların ölkəmizə münasibətdə nümayiş etdirdiyi qərəzli və diktəedici yanaşmaları qəbul etmir. Birmənalı olaraq anlasınlar ki, Azərbaycan heç kimin milli maraqlarımıza toxunmasına və “qırmızı xətlərimizi” aşmasına imkan verməyəcək”.

Deputat əlavə edib ki, həm Aİ üzvü olan, həm də birliyə daxil olmayan çoxsaylı Avropa dövlətləri Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Hazırda Azərbaycan 14 Avropa ölkəsinin, o cümlədən 10 Avropa İttifaqı üzvünün enerji təhlükəsizliyinə mühüm töhfə verir:

"Gündəlikdə alternativ və yaşıl enerji resurslarının Avropaya ixracı məsələsi də dayanır. Xəzər dənizinin dibi ilə yaşıl enerjinin daşınmasını təmin edəcək elektrik kabelinin çəkilməsi və bu enerjinin Avropaya nəqli istiqamətində mühüm layihələr həyata keçirilir ki, bu da Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri