Icma.az
close
up
RU
“Azərbaycan heç kimin qarşısında geri çəkilən dövlət deyil” ŞƏRH

“Azərbaycan heç kimin qarşısında geri çəkilən dövlət deyil” ŞƏRH

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya-Azərbaycan münasibətlərində son dövrlər müşahidə olunan gərginlik artıq diplomatik narazılıq çərçivəsindən çıxaraq informasiya müstəvisində açıq təzyiq kampaniyasına çevrilir. Rusiya mediasının ayrı-ayrı platformalarında Azərbaycana qarşı “ekstremist”, “terrorist” kimi ağır və qəbuledilməz ifadələrin işlədilməsi təsadüfi deyil. Bu, müəyyən dairələrin Azərbaycanla bağlı siyasi ritorikanı bilərəkdən sərtləşdirdiyini göstərir.
Burada əsas sual budur: Rusiya Azərbaycandan nə istəyir?
Məncə, Moskvanın əsas narahatlığı Azərbaycanın son illərdə xarici siyasətində daha müstəqil və çoxvektorlu xətt yürütməsi, milli maraqlarını daha qətiyyətlə müdafiə etməsi və regionda özünün geosiyasi çəkisini artırmasıdır. Azərbaycan artıq heç bir güc mərkəzinin təsir dairəsində olan ölkə kimi davranmır. Bakı həm Rusiya ilə münasibətləri qoruyur, həm Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirir, həm ABŞ və Avropa ilə əlaqələri inkişaf etdirir, həm də Türk dünyasında fəal rol oynayır. Bu siyasət müəyyən Moskva dairələrində narahatlıq doğurur."

Bu fikirləri SİA-ya açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, digər mühüm məsələ Cənubi Qafqazın dəyişən geosiyasi xəritəsidir. Azərbaycan regionda yeni nəqliyyat, enerji və kommunikasiya layihələrinin əsas aktorlarından birinə çevrilib. Zəngəzur istiqaməti, Orta Dəhliz, Şərq-Qərb bağlantıları və Azərbaycanın Türk dünyası ilə artan inteqrasiyası regiondakı ənənəvi geosiyasi təsir mexanizmlərini dəyişir. Moskvanın narahatlığının bir hissəsi də məhz bununla bağlıdır.
Rusiya XİN-in “biz öz vətəndaşlarımızı müdafiə edəcəyik” arqumentinə gəldikdə isə burada prinsipial məsələ var ki, hər bir dövlət öz vətəndaşının hüquqlarını müdafiə edə bilər. Amma bu, başqa dövlətin daxili hüquqi proseslərinə siyasi təzyiq göstərmək və ya həmin ölkənin rəhbərliyinə qarşı dövlət mediası səviyyəsində qarayaxma kampaniyası aparmaq hüququ vermir.
Əgər Rusiya tərəfinin dediyi kimi, konkret şəxslərlə bağlı hüquqi suallar varsa, bunun ünvanı televiziya efirləri, siyasi tok-şoular və təhqiramiz ifadələr deyil, diplomatik və hüquqi mexanizmlərdir. “Səssiz-küysüz müzakirə edək” deyib paralel olaraq dövlətə yaxın media resurslarında Azərbaycanı hədəfə almaq isə tamamilə ziddiyyətli yanaşmadır.
"Düşünürəm ki, Azərbaycan mediasında Rusiyaya və Rusiya rəhbərliyinə qarşı hansısa tənqidi materialların yayımlanması da bu məsələyə bəraət qazandırmır. Birincisi, media tənqidi ilə dövlət siyasətini eyniləşdirmək düzgün deyil. İkincisi, Rusiyanın öz mediasında Azərbaycana qarşı səsləndirilən bəyanatların miqyası və ritorikası ilə ayrı-ayrı Azərbaycan media materiallarını eyni tərəziyə qoymaq obyektiv müqayisə deyil.
Moskva anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan öz dövlətçilik institutlarını, iqtisadi imkanlarını, ordusunu və beynəlxalq tərəfdaşlıqlarını gücləndirmiş müstəqil dövlətdir. Rəsmi Bakı ilə danışıq dili təhdid və təhqir deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq olmalıdır.
Əgər Rusiya Azərbaycanla münasibətləri qorumaq istəyirsə, ilk növbədə informasiya müharibəsinin tonunu aşağı salmalıdır. Çünki iki ölkə arasında yaranmış problemləri televiziya ekranlarından “düşmən obrazı” yaratmaqla həll etmək mümkün deyil.
Azərbaycan heç kimin qarşısında geri çəkilən, milli maraqlarından imtina edən dövlət deyil. Biz əməkdaşlığa açığıq, dialoqa hazırıq, amma təzyiq dilini qəbul etmirik. Moskvanın qarşısında duran seçim də əslində budur ki, Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi danışsın. Köhnə imperiya stereotipləri üzərindən təzyiq göstərməyi unudmaq lazımdır.
Hesab edirəm ki, yalnız bu yol Azərbaycan-Rusiya münasibətlərinin maraqlarına cavab verir."-deyə, B.Quliyev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri