Azərbaycan heç vaxt Rusiyanın strateji müttəfiqi olmayıb
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin hesab edir ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.
Missiya.Az xəbər verir ki, o, Lenta.ru-ya müsahibəsində Rusiya və Azərbaycan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, yalnız onun üzvlərinə münasibətdə strateji tərəfdaş ifadəsi işlədilir.
Bundan əlavə, Zatulin diqqətə çatdırıb ki, Qarabağ erməni əhalidən təmizləndikdən sonra Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almağı dayandırıb.
"Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti artıq vacib olmaqdan çıxıb", - deputat bildirib.
Elcan
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 İyun 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















