Icma.az
close
up
RU
Azərbaycan hədəfi düz seçib və oxu hədəfə atıb

Azərbaycan hədəfi düz seçib və oxu hədəfə atıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"COP29-un Azərbaycanda keçirilməsi və bütün dünyanın məhz Bakıya diqqət kəsilməsi bir vətəndaş olaraq şəxsən məni çox qürurlandırır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, mənim ölkəm, dövlətim dünyanın taleyinin həll edilməsində öndədir: "Bütün dünya məhz bura diqqət kəsilib. Noyabrın 11-də başlayan, noyabrın 12-də isə liderlər sammiti ilə davam edən COP29-da özəlliklə Prezident İlham Əliyevin çıxışı çox ciddi mesajlarla zəngin idi. İstər Azərbaycanda, istərsə də başqa ölkələrdə bu çıxışa çox diqqətlə yanaşıldı və yanaşılmaqdadır. Əminəm ki, həmin çıxış uzun müddət hələ müzakirə və təhlil ediləcək. Orada müəyyən mesajların verilməsi özəlliklə bu tədbiri boykot edənlərlə bağlı deyilən Prezidentin sözü ilə desək, "pis xəbər", eyni zamanda Azərbaycanın çox qısa müddətə COP29-a hazırlaşması, ardından da digər liderlərin çıxışlarında Azərbaycanın çox yüksək səviyyədə tədbir keçirməsinin qeyd edilməsi ayrıca vurğulanmalıdır.

Eyni zamanda BMT baş katibi Antoni Quterreşin çıxışında da çox ciddi məqamlar var. Özəlliklə bu məqama diqqət çəkilməlidir ki, Quterreş böyük, varlı, güclülərin problem yaratdığını, zəiflərin, kasıbların isə bu problemlərdən əziyyət çəkdiyini ayrıca vurğuladı. Bəllidir ki, dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar".

"Bunun ardından Fransanın ekologiya və iqlim dəyişikliyi nazirinin dünən açıqlamasına rast gəldim. O, Azərbaycanın bu yanaşmasından əsəbləşərək COP29 üçün Bakıya gəlməkdən imtina etdiyini bildirib. Yəni Azərbaycanın Fransaya qarşı haqsız iradları olduğunu iddia edir. Bu isə ondan xəbər verir ki, Azərbaycan əslində hədəfi düz seçib və oxu da hədəfə atıb. Azərbaycan bu məsələləri çılpaq şəkildə dünyanın diqqətinə çatdırır, dünyanın taleyinə məsuliyyət daşıyan dövlətlər Fransanın timsalında buna qarşı çox əsəbi reaksiya verir. Bu isə o deməkdir ki, önümüzdəki bir il ərzində Azərbaycan COP29-un Prezidenti, rəhbəri kimi dünyanın taleyini həll edəcək məsələlərdə öndə olacaq və çox ciddi nəticələr əldə ediləcək" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri