Icma.az
close
up
RU
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın 20 faizdən artıq ərazisini 30 li işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək yeni ərazilər işğal etmək niyyətilə demək olar ki, hər gün işğal etdikləri və Ermənistanla sərhəd ərazilərə yaxın olan kənd və qəsəbələri iri çaplı silahlardan atəşə tuturdu. Bunun nəticəsində dinc əhali qətlə yetirilir, tarlalar yararsız hala düşür, şəxsi evlərə, təsərrüfata, mal-qaraya ziyan dəyirdi. Ermənilər "Dənizdən dənizə” sərsəm planlarını həyata keçirmək üçün hər cür provakasiyaya əl atır, eyni zamanda bir çox işlərdə Azərbaycanı günahlandırmağa çalışırdılar. 

Münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu əksinə, danışıqları uzadaraq münaqişəni Ermənistanın xeyrinə həll olunmasına çalışırdı. BMT-nin Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə verdiyi bəyanatlar yalnız kağız üzərində qalmışdı. Ermənilər xaricdəki havadarlarına arxayın olaraq öz çirkin əməllərini durmadan davam etdirirdilər. Dünya ölkələri bu işğala, bu təcavüzə göz yumur, hətta Ermənistanı blokadada saxlamaqda Azərbaycan günahlandırılırdı.

Nəhayət 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlandı.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.

Noyabrın 8-də isə Azərbaycanın cəngavər oğulları 100 kilometrdən artıq ağır, keçilməz yolları keçib, qəflətən işğalçı, təcavüzkar ermənilərin üstünü alaraq, alınmaz qala sayılan, xeyli hündürlükdə yerləşən Şuşanı azad etdilər. Sağ qalan erməni əsgərləri silahı atıb geri qaçmağa məcbur oldular. Bunula da Ermənistan öz məğlubiyyətini qəbul etdi. Kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bu gün yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Və Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ikinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və bu taktika bir sıra ali hərbi məktəblərin dərsliklərinə salınıb.

Azərbaycan Ordusu öz gücünü, qüdrətini göstərdi. Torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə işğaldan azad edildi. Artıq işğaldan azad edilən ərazilərimizdə qürurla Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.” 

44 gün ərzində bütün Azərbaycan xalqı Azərbaycan Prezidentinin ətrafında sıx birləşdi. Bir oldu, həmrəy oldu. Milyonlarla insan könüllü olaraq vətəni qorumaq üçün Hərbi komissarlıqlara müraciət etdi. Qəhrəman analar öz oğullarının arxasınca su səpərək erməni quldurlarının izini torpaqlarımızdan birdəfəlik silmək üçün cəbhəyə göndərdi.

Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır və nida” ifadəsi Azərbaycanın böyük, şərəfli qələbəsinin rəmzinə, şüarına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev: "Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.”

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi həmrəyliyi, cəsarəti, qəhrəmanlığı, vətənpərliyi bütün dünya gördü. Özlərini yenilməz hesab edən əliyalın xalqı – qadınları, uşaqları, qocaları 30 il əvvəl qətlə yetirərərək öz yurd-yuvasından didərgin salan erməni cəlladları bu haqq savaşında özlərinin nəyə qadir olduqlarını anladılar. Bu savaş azərbaycanlıların, ümumiyyətlə bütün türk xalqlarının yenilməzliyini, məğlubedilməzliyini, vətənpərvərliyini, yursevərliyini bütün dünyaya bəyan edən bir savaş idi.

2023-cü ilin sentyabr ayında isə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. 

Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır”.

Şəhla Ağbulud

Yazıçı-publisist, AYB Abşeron rayon bölməsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see133

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see123

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see120

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see118

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see116

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see116

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see116

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see115

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see115

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see115

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see115

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see114

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see113

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see112

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see112

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri