Icma.az
close
up
RU
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında nələr baş verir? Bu şəxslər qurumu uçuruma aparırlar… ŞOK FAKTLAR KONKRET

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında nələr baş verir? Bu şəxslər qurumu uçuruma aparırlar… ŞOK FAKTLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sahib Məmmədovun AHİK-ə sədr seçilməsi, son dövrlər ölkədə aparılan kadr islahatları içərisində cəmiyyət tərəfindən maraqla qarşılanan proseslərdən biri oldu. 26 avqust 2024-cü ildən etibarən ölkənin ictimai-siyasi həyatında aparıcı say və qüvvəyə malik olan AHİK nəzərləri yenidən özünə cəlb etdi. Çünki 30 ildən artıq Səttar Möhbalıyev, onun qohum-əqrabası və ətrafı tərəfindən kommersiya, rüşvətxorluq, talançılıq obyektinə çevrilən bu sahəyə yeni nəfəsin verilməsi insanlarda bir növ ümid yaratdı. Amma gözləntilər heç də özünü doğrultmadı.

Sahib Məmmədov fəaliyyətə çox kəskin qərarlarla, ciddi qalmaqallarla başladı. Apardığı islahatları düşünülmüş, ardıcıl, davamlı, gələcəyə hesablanmış şəkildə yox, ətrafına topladığı, uzun illər birgə çalışdığı şəxslərin ideya və intellekti ilə aparmağa çalışır. Budəfəki yazımızda ümumi fikirə deyil, konkret faktlara, daxildən əldə etdiyimiz etibarlı informasiyalara istinad edəcəyik.

AHİK-in rəsmi səhifələrindəki paylaşımlara əsasən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata əsasən sədrin 10 dan çox müşaviri var. Nəzərə alsaq ki, müşavir vəzifəsinin əməkhaqqı 4-5 min manat civarındadır, ittifaq üzvlərindən tutulan 2 % məcburi üzvlük haqlarının kimlərin eyş-işrəti üçün xərcləndiyini hesablamaq çətin deyil. Üstəlik, hər müşavir üçün 1 xidməti maşın, 1 sürücü, 1 köməkçi, yanacaq və digər saxlanma xərcləri müəyyən edilib. Odur ki, yaranan rəqəmlər dodaq uçuqladır. Halbuki, ölkədə minimum əməkhaqqı 400 manat müəyyən edilib.

Rəsmi səhifələrdən əldə etdiyimiz fotolardan göründüyü kimi, sədrin ən yaxın silahdaşı Nigar Vahabzadə adlı xanım AHİK-in idarəçiliyini, kadr, maliyyə və bütün inzibati işləri birbaşa həyata keçirir. Sədrin bütün fikir və qərarlarına təsir göstərən, hətta onları dəyişdirmək həddinə malik bu xanım quruma Dövlət vergi xidmətindən transfer olub. 90-AH-200 nömrəli, son model “Toyota” markalı avtomobillə təmin edilən bu xanım AHİK sistemində ciddi fiqura çevrilib. Əldə etdiyimiz etibarlı məlumata əsasən, sədrin qəbul otağında köməkçisi İlkin adlı məmuru belə təsir altına salaraq, hər gün sədrin qəbulunda olacaq şəxslərin siyahısını öyrənir, onları analiz edir və kimlərin qəbula girib-girməyəcəyini müəyyənləşdirir.

Sosial şəbəkələrdən göründüyü kimi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bundan başqa “Həmkardan-həmkara qayğı ilə” sosial layihəsi, Marafon qaçışı, AHİK Könüllüləri ilə görüş və digər layihələrdə birbaşa rəhbərliyi öz təsiri altına salan bu xanım ancaq özünün şəxsi PR kampaniyası ilə məşğuldur.

Hörmətli Sahib Məmmədov son dövrlər mətbuatda barəsində yazılan xəbərlərdən dəqiq məlumatlıdır. Belə ki, qəbuluna girən, ətrafında olan hər kəsə barəsində yazılan xəbərlər barədə “giley” edir. Ümid edirik ki, 1 milyondan artıq ittifaq üzvünün mövqeyi ayrı-ayrı şəxslərin şəxsi maraqlarından üstün olacaq.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see168

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see154

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see153

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see143

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see123

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri