Azərbaycan Həndbol Federasiyası “Top Təşkilatçılıq Sertifikatı” ilə təltif olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 sentyabr, AZƏRTAC
Avropa Həndbol Federasiyası Azərbaycan Həndbol Federasiyasını beynəlxalq yarışların yüksək səviyyədə təşkili və peşəkar idarəçiliyinə görə xüsusi “Top Təşkilatçılıq Sertifikatı” ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, bu mükafat Azərbaycanın idman sahəsində artan nüfuzunun və təşkilati bacarıqlarının Avropa miqyasında tanındığının göstəricisidir. Sertifikat ölkəmizdə keçirilən beynəlxalq turnirlərin həm təşkilati, həm də texniki baxımdan Avropa standartlarına tam cavab verdiyini sübut edir.
Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, bu mükafat gələcəkdə daha böyük beynəlxalq turnirlərin ölkəmizdə təşkilinə yeni imkanlar açacaq və idman ictimaiyyətində Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirəcək.
Baxış sayı:50
Bu xəbər 20 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















