Azərbaycan idmançıları Gürcüstanda keçiriləcək Gənclərin Qış Olimpiya Festivalında iştirak edəcəklər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 1 fevral, AZƏRTAC
Fevralın 9-dan 16-dək Gürcüstanda “Bakuriani 2025” Gənclərin Avropa Qış Olimpiya Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda 42 ölkədən 1000-ə yaxın idmançının iştirakı gözlənilir.
Festivalın təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq yarışa Azərbaycan idmançıları da dəvət olunublar və onlar festivalda iştirak edəcəklər.
Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə festivalı yüksək səviyyədə keçirməyə hazırdır və müvafiq infrastruktur hazırlanıb. O cümlədən, Tbilisidə beynəlxalq standartlara cavab verən buz arenası açılıb. Bakurianidə isə 3,5 km uzunluğunda biatlon və kross trası açılacaq.
Festivalda iştirak edəcək ilk nümayəndə heyətləri fevralın 4-də Gürcüstana səfər edəcək, 2 gün sonra isə buzüstü hokkey üzrə ilk yarışın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Bakuriani 2025” çərçivəsində Tbilisi, Batumi və Bakurianidə qış idmanının səkkiz növü üzrə yarışlar keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 01 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















