Gürcüstanda Avropa Gənclərinin Qış Olimpiya Festivalı keçiriləcək AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 23 dekabr, AZƏRTAC
Gələn il fevralın 9-dan 16-dək Gürcüstanda “Bakuriani 2025” Avropa Gənclər Qış Olimpiya Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival Tbilisi, Bakuriani və Batumidə təşkil olunacaq. Festivalın “Sülh atəşi” artıq Romadan Tbilisiyə çatdırılıb.
Festivalda iştirak etmək üçün Avropanın 48 ölkəsindən 2 minə yaxın idmançı Gürcüstana gələcək.
İlkin məlumatlara görə, Gürcüstan gənclərin qış festivalında fiqurlu konkisürmə (iki idmançı), dağ xizəyi (altı idmançı - iki qız və dörd oğlan) və biatlon (bir idmançı) yarışlarında təmsil olunacaq. İştirak edəcək idmançıların siyahısı yanvarın əvvəlində rəsmən açıqlanacaq.
“Sülh atəşi” Gürcüstan şəhərləri ilə estafetlə gedəcək. Kulminasiya nöqtəsi fevralın 9-da festivalın açılışı zamanı Olimpiya qazanının yandırılması olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















