Icma.az
close
up
RU
Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər.

Onu da qeyd edək ki, ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağın artmasına böyük zəmin yaratmışdır.

Bu gün Azərbaycanda idmanın inkişafı sistemli və davamlı xarakter daşıyır. Müxtəlif idman növləri üzrə federasiyalar fəaliyyət göstərir və onların işi dövlət tərəfindən dəstəklənir. Xüsusilə Azərbaycan Güləş Federasiyası kimi qurumlar idmanın inkişafında mühüm rol oynayır. Bu federasiyalar gənc idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara hazırlanması və idman ənənələrinin qorunması istiqamətində mühüm işlər görür.

Cənab Prezident İlham Əliyevin idmançılarla müntəzəm görüşləri, onların uğurlarını yüksək qiymətləndirməsi və göstərdiyi diqqət idmançılar üçün böyük motivasiya mənbəyidir. Bu görüşlər idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir və onların daha böyük nailiyyətlər əldə etməsinə stimul verir.

Belə görüşlərdən biri də aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüş zamanı dövlət başçısı güləşçiləri qazandıqları uğur münasibətilə təbrik etmiş, onların əzmkarlığını və vətənpərvərliyini xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin güləşçilərlə görüşü ölkədə idmanın inkişafına verilən önəmin göstəricisidir. Bu diqqət və qayğı sayəsində Azərbaycan idmançıları beynəlxalq arenada daha böyük uğurlar qazanmağa davam edəcəklər.

Son zamanlar idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır və üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaqla xalqımıza böyük qürur hissi yaşadırlar.

Dürsədəf Kərimova,

Paralimpiya çempionu, əməkdar idman ustası

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri