Icma.az
close
up
RU
Fərid Qayıbov: “Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub” İdman və Biz

Fərid Qayıbov: “Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub” İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan 2024-cü ili geridə qoyduq”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr ayını dəyərləndirərkən deyib.

O sayca 40-cı “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, Olimpiya ilinin əvvəlindən sonunadək idmançılarımız beynəlxalq yarışlarda 1718 medal qazanıblar: “Bunun 666-sı qızıl medaldır. Bu isə il ərzində idmançılarımızın şərəfinə dünyanın müxtəlif ölkələrində bayrağımızın 1718 dəfə yüksəldiyini, himnimizin 666 dəfə səsləndiyini göstərir. Azərbaycan idmanı tarixində bu yeni rekord göstəriciyə görə idman ictimaiyyətimizi təbrik edir, yeni ildə də uğurlarının davamını arzulayıram”.

Nazir qeyd edib ki, Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub: “İlin sonunda idman ictimaiyyətinin nümayəndələri – idmançılar, məşqçilər və mütəxəssislərlə görüşən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev il ərzində fərqlənənlərə dövlət mükafatları və mənzillər təqdim etdi. Düşünürəm ki, dövlət rəhbərinin hər ilin sonunda ənənəvi olaraq idmançılarla görüşməsi dünyada yeganə haldır. Əlbəttə, bu, idmançılarımız üçün çox gözəl motivasiyadır. Dövlətimizin başçısının ilin idman yekunlarına həsr olunmuş tədbirdə geniş və əhatəli çıxışı isə bizim hər birimiz üçün əsl yol xəritəsi, gələcək fəaliyyətimizin proqramı oldu.

Qayıbov ötən ilin son ayının daha bir uğurlu idman hadisəsi - Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması üçün beynəlxalq federasiyanın qərarı olduğu söyləyib: “İnanıram Bakının qitə ağırlıqqaldırma mərkəzinə çevrilməsi ölkəmizdə bu idman növünün inkişafına da təkan verəcək. Eləcə də ilin sonuncu ayında Azərbaycan Avtomobil Federasiyasının “Klassik Avtomobil Sərgisi” FIA-nın Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi oldu. Bu uğurları münasibətilə ağırlıqqaldırma və avtomobil federasiyalarını təbrik edirəm. Ənənə halını almış “Üzgüçülük hamı üçün” layihəmizə 3-cü dəfə start verdik. Layihə ölkə üzrə 38 idman qurğusunda ümumilikdə iki mindən çox iştirakçını əhatə etdi. Bu kütləvi yarışın qalibləri Türk dövlətləri arasında keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Eləcə də nazirliyin "Üzməyi öyrənək" layihəsinin V mərhələsinə də 35 şəhər və rayonda start vermişik. Hər iki layihəmizin əsas məqsədi üzgüçülük idman növünün təbliği və inkişafına nail olmaqdır. Artıq regionlarda təşkil etdiyimiz ilk üç layihənin nəticəsi olaraq məktəblilər arasında üzməyi öyrənənlərin və onların bir hissəsinin daimi olaraq bu idman növü ilə məşğulluğu davam etdirməsi bizi sevindirir. Sumqayıtda təşkil olunan Uşaq Paralimpiya Oyunları isə bu sahəyə diqqətin artırılması baxımından böyük əhəmiyyət daşıyırdı”.

Nazir deyib ki, ilin sonuncu Kollegiya iclasında növbəti “İdman Paytaxtları”mızı seçiblər: “İlk “İdman Paytaxtı”mız Quba və Qəbələnin ardınca növbəti “İdman Paytaxtı”mız Qazax şəhəri olacaq. Lənkəran və Sumqayıtdan sonra isə “Gənclər Paytaxtı” estafetini ardıcıl olaraq 2026-cı ildə Goranboy, 2027-ci ildə İsmayıllı şəhəri davam etdirəcəklər. “Gənclər Paytaxtı” və “İdman Paytaxtı” statusu uğrunda regionlar və şəhərlər arasında rəqabət ilbəil daha da artır. İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyanın paytaxtı Tallinə səfərim çərçivəsində COP9 Büro İclasında iştirak etdim. Konfransda dopinqə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər mühüm məsələlər müzakirə olundu. Səfər çərçivəsində Estoniyanın idmana məsul dövlət qurumunun rəhbəri – mədəniyyət naziri xanım Heydi Purqa ilə ikitərəfli görüş keçirdim, idman sahəsində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr apardıq. Bakıda da bəzi beynəlxalq görüşlərim baş tutdu. Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Raytla görüşümdə badmintonun inkişafı istiqamətində görülən işlər barədə danışdıq. "İdman sahəsində mütəxəssis mübadiləsi proqramı" çərçivəsində ölkəmizə gəlmiş Türkiyə nümayəndə heyəti ilə görüşümdə isə əməkdaşlıq məsələlərini müzakirə etdik”.

Qayıbov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə də start verilib: “Eləcə də, ay ərzində idman dırmanması, voleybol, bilyard yarışlarında da dövlət qurumlarının əməkdaşları fəal iştirak etdilər. İlboyu isə 19 idman növündə keçirilmiş 29 yarışın yekun nəticəsinə əsasən, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Daxili İşlər Nazirliyi ümumi hesabda müvafiq olaraq ilk üç yeri tutduğu üçün onlarla görüşüb təşəkkürümüzü bildirdik və xüsusi kuboklarla təltif etdik. Ümumilikdə, bu yarışlarda fəal iştirak edən bütün dövlət qurumlarına təşəkkür edirəm. İdman tariximizdə ilk dəfə olaraq 50 ildən sonra yenidən Xankəndidə keçirilən badminton üzrə ölkə çempionatının işğaldan azad olunmuş ərazidə - Xankəndi şəhərində təşkili də əlamətdar hadisələrdən oldu. Maraqlı haldır ki, bu yarış 2023-cü il dekabrın 21-də Xankəndidə keçirilmiş MOİK - “Qarabağ” futbol oyunundan bir il sonraya, eyni günə təsadüf etdi. İdman federasiyalarının nümayəndələri ilə ənənəvi görüşümüzü 17-ci dəfə keçirdik və son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdıq. İdmançılarla da hər ay görüşlərimiz ənənə halını alıb. İlin sonuncu görüşündə onların qələbə təəssüratlarını dinlədik, gələcək yarışları barədə fikir mübadiləsi apardıq. Hər ay keçirdiyimiz ənənəvi vətəndaş qəbulunu bu ay Ağdam, Ağcabədi və Laçın rayon sakinləri ilə etdik. Həmçinin nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə də görüşdüm, gənclərin yarışlarla bağlı təəssüratlarını, fikir və təkliflərini dinlədim”.

Nazir vurğulayıb ki, 2024-cü ili həm gənclər, həm də idman sahəsində böyük uğurlar, yeni rekordlarla yadda qalıb: “İl ərzində hər iki sahədə əldə edilən nailiyyətlər, gənclərimizin potensialının daha geniş və çoxşaxəli şəkildə inkişafını təmin etdi, ölkəmizin beynəlxalq idman ekosistemindəki mövqeyini daha da gücləndirdi. Qazanılan uğurlar, gələcəkdə daha innovativ və dayanıqlı nəticələr əldə etmək üçün mühüm impulslar yaradır. Bu inkişaf dinamizmini davam etdirməklə gənc nəsil üçün yeni imkanlar formalaşdırmaq və onların milli inkişafımıza daha geniş miqyasda töhfələr verməsini təmin etmək mümkün olacaq”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see225

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see216

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see207

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see136

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri