Icma.az
close
up
RU
Azərbaycan idmanını uğura aparan yol

Azərbaycan idmanını uğura aparan yol

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün 5 mart tarixində qeyd olunması təsadüfi deyil.1995-ci il martın 5-də Ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.Məhz bu səbəbi də əsas götürərək Prezidentimiz İlham Əliyev 2005-ci il 4 mart tarixli Sərəncam imzalayıb. Bu tarixdən etibarən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezidentimiz İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Belə ki,Azərbaycanı Beynəlxalq, Dünya, Avropa yarışlarında təmsil edən idmançılarımıza ölkə başcısı tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, onların idmana olan maraqlarını ön planda saxlamış, hər yarışdan uğurlu nəticələr ilə dönən idmançılar ilə görüşmüş və onları daha da ruhlandırmışdır.Aparılıan bu kimi məqsədyönlü tədbirlərin nəticəsində idmançılar dünya idman arenalarında ölkəmizi uğurla təmsil etmişlər, yüksək kürsülərdə Azərbaycanın bayrağını dalğalandıraraq himnini səsləndirmişlər.

Ölkəni dünyada əsəsən tanıdan bir neçə amildən biri də idmançıların qazandığı qələbələr, yüksək kürsülərdə dalğalanan ölkə bayrağıdır. Prezident İlham Əliyevin düzgün siyasi xətti ölkəmizi dünyada idman sahəsinin də dəstəyilə yüksək nüfuza çatdırdı.

Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Azərbaycanı dünya ölkələrinin çoxu tanımırdı. Bu kimi məqsədyönlü addımlar Azərbaycanı dünyada tanıtdı. İdmanın bir çox sahəsində öz rəqiblərini geridə qoyan idmançılarımız Azərbaycanın üç rəngli bayrağını yüksək kürsülərdə dalğalandırmaqla ölkəmizin gücünü nümayiş etdirdilər.

Əvvəllər iştirak etdiyimiz yüksək nüfuzlu yarışlarda rəqiblərimiz bizi ciddi rəqib görməsələr də ölkə başçımızın idmana olan yüksək diqqət və qayğısı, idmançılarımıza etimadı nəticəsidə idmanımız o qədər gücləndi ki, yarışlar ərəfəsində rəqiblərimiz bizimlə mübarizə apardığını biləndə ruh düşkünlüyü yaşamağa başladılar.

1996 cı ildə Olimpiya Oyunlarında ilk dəfə müstəqil iştirak edən Azərbyacan idmançıları bir gümüş medal qazanmışdılar, 20 ildən sonra 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşmış, idmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırmışdı. Bu da Azərbaycan idmanının özünün ən yüksək pilləsinə necə əmin addımlarla addımladığının bariz göstəricisidir.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-Prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır və Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Bir idman mütəxəssi kimi idman ölkəsinin və əsl idmançı prezidenti ilə fəxir edirəm.

Nicat Allahverdiyev

İdman mütəxəssisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri