Icma.az
close
up
RU
2026 cı ildə tikinti başlayır: ABŞ Zəngəzur yoluna maliyyə ayırdı

2026 cı ildə tikinti başlayır: ABŞ Zəngəzur yoluna maliyyə ayırdı

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan dəhlizi bloklaya bilməyəcək, əks halda “gülləni öz ayağına vuracaq”

"TRIPP layihəsi (və ya Zəngəzur dəhlizi) üçün Ermənistan-ABŞ birgə müəssisəsi yaradılacaq və strateji əhəmiyyətli məsələlərdə Ermənistanın qərarvermə hüququ olacaq". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, TRIPP iqtisadi bir proqramdır: "İnsanlar adətən investisiya qoyurlar ki, həm qoyulan məbləği, həm də müəyyən faiz gəliri əldə etsinlər".

Paşinyana görə, bu layihənin xüsusiyyəti odur ki, tikinti hüququnun müddəti bitdikdən sonra ərazidəki əmlak Ermənistanın mülkiyyətinə keçir, torpaq isə həmişə Ermənistanın mülkiyyətində qalacaq. O vurğulayıb ki, hazırda yolun keçəcəyi ərazinin (ABŞ-yə) icarəsi ilə bağlı iki ssenari müzakirə olunur: 99 illik və 49 illik. Paşinyanın fikrincə, regionumuzda heç bir güc maraqlı olmayacaq ki, bölgədə sabitliyi pozsun, çünki bu layihə hər kəs üçün əlverişlidir və hər kəsə fayda gətirir: "Əvvəllər böyük pessimizm vardı ki, layihəyə Gürcüstan, İran və Rusiya tərəfinin münasibəti necə olacaq, bilinmirdi. Amma avqustun 8-dən sonra mən bildirdim ki, Rusiya bu layihənin həyata keçirilməsində ən çox maraqlı tərəflərdən biridir və bu qiymətləndirmə də pessimizmlə qarşılandı. Amma gördük ki, Vaşinqton razılaşmaları nəticəsində Azərbaycanın Ermənistan üçün blokdan çıxardığı dəmir yolunun ilk istifadəçisi Rusiya oldu, bu, artıq Rusiyaya fayda gətirib. Layihə İran, Gürcüstan, Türkiyə, ABŞ, Mərkəzi Asiya ölkələri və Çin üçün də əlverişlidir". Paşinyan əlavə edib ki, Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşıb ki, “Tramp yolu” layihəsi çərçivəsində bəlkə də ən tez həyata keçirilə biləcək hissə elektrik xətləri və qaz kəmərinin tikintisidir: "Bu, ilkin müzakirə idi; sonrakı müzakirələrdə bu məsələ daha konkret və aydın olacaq". Baş nazir deyib ki, layihənin həyata keçirilməsinə heç bir əngəl yoxdur: "Bütün problemli məsələlər Vaşinqton Bəyannaməsində əksini tapıb. Bizdən yalnız razılaşmanı icra etmək qalır və bunu icra etməmək üçün heç bir maneə yoxdur". Nikol Paşinyana görə, "Tramp yolu" həm sülh prosesinin yekun nəticəsi, həm də uzunmüddətli sülh üçün mühüm səbəbdir. 

Millət vəkili Rizvan Nəbiyev Sherg.az-a açıqlamasında bildirib ki, əvvəllər Mehri dəhlizi deyilən, daha sonra siyasi leksikonda "Zəngəzur dəhlizi" kimi yer alan və hazırda "Tramp marşrutu" adlanan layihənin əhəmiyyəti ondadır ki, bu yolla həm Orta Asiya bazarına, Çinə çıxış imkanları açılır, həm də Naxçıvan üzərindən Qərbə, Avropaya yol uzanır. Deputatın sözlərinə görə, əks təqdirdə istər dəmiryol, istərsə də avtomobil yolu sadəcə periferiya (köməkçi) xarakterli olacaq, yəni Ermənistanın bir nöqtəsini başqa bölgəsi ilə birləşdirəcək:

"Təbii ki, bu da əhəmiyyət kəsb etməyəcək. Ermənistan Türkiyəyə, Mersinə çıxmaqla Aralıq dənizi vasitəsilə dünya bazarına çıxış əldə edəcək. Eyni zamanda Araz dəhlizi vasitəsilə Fars körfəzinə alternativ imkanları yaranacaq. Zəngəzur dəhlizinin reallaşması zaman məsələsidir. 2026-cı ildə tikintiyə başlanmasını real hesab edirəm. Texniki əsaslandırma məsələləri artıq başlanıb. ABŞ maliyyə vəsaiti ayırıb. Söhbət 42 kilometrlik yolun tikintisindən gedir. Bir neçə ay ləngimə ilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi mümkündür. Burada söhbət dəmiryolundan gedir, elektrik xətləri və avtomobil yolları sonrakı məsələdir. Bölgədə coğrafi relyef baxımından çətinliklər var. Bəzi yerlərdə dəmiryol xətləri dağlara çox yaxın olduğundan paralelində ayrıca avtomobil yolunun çəkilişində müəyyən problemlər üzə çıxır. Nikol Paşinyanın seçki platformasında yer alan məsələlərdən biri Ermənistanı izolyasiyadan çıxarmaq və bunu "Tramp marşrutu" ilə identifikasiya etməkdir. Burada siyasi məqamlar da var. ABŞ-nin tərəfdaş kimi qazanılması Ermənistana siyasi dividendlər gətirəcək. Seçki ərəfəsində bu, çox vacib məqamlardır". 

Parlament üzvü vurğulayıb ki, tarixi Vaşinqton görüşündə imzalanmış bəyanatda "Tramp marşrutu"nun 3 istiqamətdə - ölkədaxili, ölkələrarası və beynəlxalq müstəvidə əhəmiyyəti vurğulanıb: "Ölkədaxili tələblərimiz aydındır. Bu tələb yüklərin və sərnişinlərin Naxçıvana maneəsiz gediş-gəlişinin təmin olunmasıdır. Ermənistan tərəfi sabah bu tələbi pozsa, cavab tədbirləri görüləcək. Lakin İrəvan buna getməz, çünki gülləni öz ayağına vurmuş olar. "TRİİP" layihəsi beynəlxalq dəhliz statusu alacaq. Ona görə də Ermənistanın bunu bloklamaq imkanları məhduddur. Digər yandan, Paşinyan "Tramp marşrutu" ilə sülh gündəliyini irəli aparmaq, Ermənistanın iqtisadi inkişafına töhfə vermək niyyətindədir. Gələcəkdə Azərbaycandan qaz almaq Ermənistanın təminatı, dövlətçiliyi üçün əvəzolunmazdır. Bu gün Ermənistanın Rusiya qazından asılılığı 90 faizin üzərindədir. Ermənistan üçün yaxın məsafədə və əlverişli qiymətlə alternativ qaz Azərbaycandadır. Mümkün enerji istehlakçısı və tədarükçüsü məhz Azərbaycandır. Sülh müqaviləsi imzalanarsa, iqtisadi münasibətlərdə intensivləşmə olarsa, bu, istisna olunmur". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri