Icma.az
close
up
RU
“Varlığın Aynasında İnsan”

“Varlığın Aynasında İnsan”

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Bəzi şeirlər vardır ki, onların içində gizlənən mənaları anlamaq istəyərsən. Oxuyarsan, sonra bir daha oxuyarsan kəlimələri idrak etməyə çalışarsan. Bəzən səni dərindən sarsıdan misraların niyə bu qədər qəlbə toxunduğunu anlaya bilməzsən. Bir ifadə insanı bənzərsiz düşüncələrə götürər. O düşüncələrdəki mənaları anlamaq üçün başqa mənbələrə üz tutmalı olursan.

Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, Farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i Müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm…

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum - bu gün yerim, Haq kərimdir yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm...

Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.

Məşhur Hürufi şairi Nəsimiyə məxsus bu misralar insanı düşündürməyə bilməz. Hürufiliyin əsası, qədim çağlardan bəri mövcud olan, hərflərlə rəqəmlərin müqəddəsliyinə inanan və onlara müxtəlif rəmzi mənalar yükləyən bir düşüncə tərzinə dayanır. Hürufiliyin tam olaraq nə vaxt və necə yarandığı dəqiq bilinmir. Lakin onun eramızdan əvvəl IV–III əsrlərdən etibarən Yaxın Şərqdə ortaya çıxdığı düşünülür. Sufizmin bir qolu da Hürufilikdir. İnsan nəyi bilməlidir? - sualının cavabı sufi düşüncəsinin üç mərhələli fəlsəfəsində gizlidir: Özünü bilmək, Özündəki “öz”ü, yəni batini varlığı tanımaq  və “Haqq”ı bilmək, onunla bir olmaq.

Bu üç mərhələ, insanın bilməkdən “olmağa” doğru keçdiyi mənəvi yolun xəritəsidir. Sufilər, Qurandakı açıq mənaların altında gizlənən batini anlamların olduğunu və bütün varlıqların tək bir varlığın təzahürü sayıldığını irəli sürürlər. Bu anlayış Vəhdətül-Vücud, yəni “Varlığın Birliyi” fəlsəfəsidir. Vəhdətül-Vücuddan söz düşmüşkən, İbn Ərəbinin adını çəkmədən keçmək olmaz. XIII əsrdən etibarən yaşamış bir çox sufilərə görə, onun əsərləri tasavvuf nəzəriyyəsinin zirvəsini təşkil edir. İbn Ərəbi, Qərb düşüncəsində İslam panteizminin ən mühüm təmsilçisi kimi qəbul edilir. Onun baxışına görə kainatda görünən hər şey, Allahın varlığının təcəllisidir, varlıq çoxluğunun arxasında duran yeganə həqiqət - Haqqın özüdür. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh kimi sufi şairlər tasavvuf sahəsində ölməz əsərlər yaratmışlardır.

Özümüzü tanıdığımız, varlığımızın mahiyyətini dərk etdiyimiz, kəlimələrin susduğu, amma mənaların danışdığı sükutda bəzən durmaq gərəklidir…

Fikrət Əkbərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri