Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Azərbaycan ikinci neft bumunu yaşayacaq

Azərbaycan ikinci neft bumunu yaşayacaq

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: Neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var

Prezident İlham Əliyev bu günlərdə Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən ölkəmizin perspektiv neft hasilatı ilə bağlı nikbin fikirlər bildirib. Ölkədə “neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var” deyən dövlətimizin başçısı vurğulayıb: “Əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var”.

Müstəqil Azərbaycanın uğurlu neft strategiyası

Sirr deyil ki, müstəqil Azərbaycanın  iqtisadi siyasətinin ana xəttini məhz neft strategiyası təşkil edir. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və əsasını qoyduğu neft strategiyasının sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində müstəsna rol oynayıb. Bu barədə bəhs edərkən beynəlxalq tərəfdaşlarla imzalanan iki müqavilənin önəmini xüsusi qeyd edə bilərik. Uzaqgörən siyasətçi Heydər Əliyevin  vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalanıb. Bununla da Xəzər ölkəmizin hərtərəfli inkişafını şərtləndirən xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib.

“Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açılıb. Kontraktın texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə daha 30-dan çox sazişin imzalanması üçün yol açıb.

İkinci mühüm neft müqaviləsinin imzalanması isə Prezident İlham Əliyevin səyləri sayəsində mümkün olub. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan yeni Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faiz qaldırılıb, razılaşmaya əsasən, tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öz öhdələrinə götürüblər. 2024-cü il aprelin 16-da  “Azəri Mərkəzi Şərqi” platformasında ilkin neftin hasilatına başlanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku yeni istismar mərhələsinə qədəm qoyub.

Hazırda hasil edilən Azərbaycan nefti həm ölkənin daxili tələbatının ödənilməsinə, həm də ixraca yönəldilir. Ötən il respublikamızda 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb. İl ərzində 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub.

AÇG-də dərinsulu quyulara sualtı müdaxilə əməliyyatları

Azərbaycanda neft hasilatını sabitləşdirmək və artırmaq, həmçinin yatraqların istismar müddətini uzatmaq  məqsədilə bir sıra planların reallaşdırılması nəzərdə tutulur. O cümlədən “Azəri-Çıraq-Günəşli”  yatağının “Dərinsulu Günəşli” ərazisində ayrı-ayrı quyularda sualtı müdaxilə əməliyyatlarının həyata keçirilməsi layihəsi hazırlanıb. AÇG yatağının işlənməsi layihəsinin operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib ki, bu işlər üçün qurumun Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

BP şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb. Bunlardan birincisi, QDYM xidmətləri üçün “Oceaneering International” şirkəti ilə çoxmilyonluq müqavilədir. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

Digər müqavilə isə QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə imzalanıb. Böyük maliyyə tutumu olan bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir. Proqram çərçivəsində dəniz əməliyyatlarının 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

Avropa yenə də gözləmə mövqeyi tutur

Azərbaycan enerji siyasətini ədalət prinsipinə əsaslanmaqla həyata keçirir. Başqa sözlə desək, ölkəmiz indiyədək bütün müqavilə öhdəliklərinə yüksək səviyyədə əməl edib və resurslara malik olmasından heç vaxt istehlakçılara qarşı təzyiq vasitəsi kimi istifadə etməyib.

Azərbaycanın ədalətli enerji siyasətindən böyük dərəcədə Avropa bəhrələnir. Ancaq təəssüf doğuran haldır ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın neft hasilatını artırmaq planlarında yer almağa tələsmir. Prezident İlham Əliyev bəhs olunan tədbirdə sualları cavablandırarkən bu məsələyə də ayrıca diqqət çəkib. Dövlətimizin başçısı təəssüf hissi ilə bildirib ki, nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük. Bərpaolunan enerji sahəsində respublikamızın əsas tərəfdaşlarının BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandan olan şirkətlər olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ və Britaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və “AMOCO” şirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkəti hesab olunur. Yəni çox az Avropa şirkəti var - biri Fransa şirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropa şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq görmürük”.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri