Azərbaycan ILAC beynəlxalq təşkilatına tamhüquqlu üzv qəbul olunub
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) ISO/IEC 17025:2017 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartı üzrə tamhüquqlu üzv qəbul edilib.
525.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
AzAK-ın ILAC-a tamhüquqlu üzvlüyü nəticəsində Mərkəz tərəfindən akkreditasiya olunmuş uyğunluğun qiymətləndirən qurumların təqdim etdiyi sənədlər beynəlxalq səviyyədə tanınacaq, ticarət müqavilələri zamanı texniki maneələrin aradan qaldırılmasına töhfə verəcək. Beləliklə, AzAK-ın akkreditasiya etdiyi laboratoriyaların kalibrləmə və sınaq nəticələri ILAC-a üzv ölkələrin hamısında qarşılıqlı tanınan rəsmi sənəd kimi qəbul ediləcək.
Qurumdan verilən məlumata görə, bu status avqustun 3-də AzAK-ın Asiya–Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 əsasında Qarşılıqlı Tanınma Razılaşması (MRA) çərçivəsində tamhüquqlu üzv seçilməsi sayəsində mümkün olub. APAC MRA-ya qoşulma, AzAK-ın kalibrləmə və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində beynəlxalq tələblərə tam uyğun fəaliyyət göstərdiyini təsdiqləyib.
Qeyd olunub ki, ILAC laboratoriyaların akkreditasiyasını qlobal miqyasda əlaqələndirən və uyğunluğun qiymətləndirilməsi sahəsində etibarlılığı təmin edən əsas beynəlxalq təşkilatdır; təşkilat sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya nəticələrinin beynəlxalq qarşılıqlı tanınmasını təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 05 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















