Icma.az
close
up
RU
AMB Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

AMB Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına tamhüquqlu üzv kimi qoşulub

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. AMB-dan SİA-ya bildirilib ki, bu istiqamətdə növbəti mühüm təşəbbüs Mərkəzi Bankın Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) tamhüquqlu üzv qismində qoşulması olub.

Üzvlük çərçivəsində Mərkəzi Bank təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına çıxış əldə etmək imkanı verir.

Mərkəzi Bank “FinCoNet” üzvü kimi maliyyə istehlakçılarının müdafiəsi və bazar davranışının tənzimlənməsi üzrə qabaqcıl təcrübələri öyrənə, beynəlxalq səviyyədə qəbul edilmiş təcrübə və yanaşmalarla tanış ola, həmçinin təşkilatın gündəliyinin müəyyən edilməsində iştirak edərək prioritet istiqamətlərin formalaşdırılmasına töhfə verə biləcək.

Qeyd edək ki, 2013-cü ildə təsis edilmiş “FinCoNet” maliyyə bazarlarının davranışına və maliyyə istehlakçılarının müdafiəsinə cavabdeh nəzarət orqanlarının beynəlxalq təşkilatıdır. Bu qurumun əsas məqsədi istehlakçıların maraqlarının qorunmasını təmin edən səmərəli və effektiv nəzarət mexanizmlərinin təşviq edilməsi, ədalətli və şəffaf bazar təcrübələrinin inkişaf etdirilməsi, həmçinin üzv qurumlar arasında ən yaxşı təcrübələrin paylaşılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri