Icma.az
close
up
RU
Azərbaycan ilə Almaniya arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Almaniya arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 26 iyun, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə Komissarı Tomas Raxel ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Almaniya arasında dinlərarası dialoq və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Azərbaycanın müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgəyaşayışına önəm verdiyini vurğulayıb və bu sahədə dövlət siyasətinin əsas istiqamətləri haqqında danışıb. Bildirib ki, ölkəmiz vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına xüsusi diqqət və həssaslıqla yanaşır.

Almaniya Federal Hökumətinin Dini Azadlıq üzrə Komissarı Tomas Raxel Azərbaycanda dini müxtəlifliyə və dinlərarası harmoniyaya göstərilən diqqətin yüksək qiymətləndirildiyini bildirib. Almaniya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see157

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see155

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see149

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see148

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see122

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see120

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see119

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see119

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri