Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilinə dair müzakirə aparılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
“Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində ölkəmizə səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.
Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübə mübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yeni layihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonunda effektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanış olan Dilfuza Sobirova Özbəkistanın da bu istiqamətdəki təcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanlar olduğunu qeyd edib.
Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















