Icma.az
close
up
RU
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ildən ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlir

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ildən ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 18 oktyabr 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi deyildi. Bu çıxış, əslində, Türk dünyasının inteqrasiyası, regional iqtisadi və enerji əməkdaşlığının gələcəyi barədə strateji istiqamətləri müəyyən edən bir siyasi bəyanat idi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, siyasi baxımdan bu müsahibə bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər klassik diplomatik çərçivəni çoxdan aşaraq, müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident Əliyevin “biz yalnız dost və tərəfdaş deyilik, biz qardaşıq” fikri bu münasibətlərin mahiyyətini dəqiq ifadə edir. Bu, postsovet məkanında ən sabit və etibarlı siyasi əlaqələrdən biridir. Hazırda iki ölkə arasında 20 ildir qüvvədə olan “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” qarşılıqlı etimadın rəmzinə çevrilib. Bu sənəd regionda sabitlik, təhlükəsizlik və iqtisadi inteqrasiya üçün mühüm siyasi zəmin yaradır.

Qeyd edək ki, müsahibədə səslənən iqtisadi rəqəmlər siyasi bəyanatlardan daha çox şey deyirdi. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 470 milyon dollar idisə, 2025-ci ilin ilk səkkiz ayında bu rəqəm artıq 547 milyon dollara çatıb. Yəni artım dinamikası üç dəfədən çoxdur. Bununla yanaşı, Prezident Əliyev Azərbaycanın Qazaxıstana 225 milyon dollarlıq, Qazaxıstanın isə Azərbaycana 136 milyon dollarlıq investisiya yatırdığını bildirdi. Bu göstəricilər sadəcə iqtisadi əlaqələr deyil, qarşılıqlı güvən kapitalının formalaşdığını da təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı əsas istiqamətlərdən biri də nəqliyyat-logistika əməkdaşlığı idi. Xəzər dənizi üzərindən keçən “Orta Dəhliz” (Middle Corridor) artıq təkcə regional layihə deyil, Avrasiya miqyasında strateji marşruta çevrilir.

Onu da qeyd edək ki, Azərbaycan və Qazaxıstan bu dəhlizin əsas dayaqlarıdır. Prezidentin sözləri ilə desək, “bu, bizim gələcəyimizə, regional rifahımıza açılan qapıdır”. Təkcə 2024-cü ildə iki ölkə arasında daşımaların həcmi 3,5 milyon ton həddini aşıb. Bu, həm ticarət, həm də geosiyasi üstünlüyün bariz göstəricisidir. Bununla yanaşı, Xəzərin dibi ilə keçəcək optik kabel layihəsi də gələcəkdə informasiya təhlükəsizliyi və rəqəmsal müstəqillik baxımından mühüm əhəmiyyət daşıyacaq. Prezident Əliyev Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı narahatlığını dilə gətirərək, bu problemin bütün sahilyanı ölkələr üçün ümumi təhlükə yaratdığını qeyd etdi. Bu fikir həm də regionda ekoloji siyasətin birgə həyata keçirilməsinin vacibliyinə diqqət çəkdi. Azərbaycan artıq “yaşıl enerji” konsepsiyasını irəli sürüb və Qazaxıstanla bu istiqamətdə əməkdaşlıq perspektivləri genişdir. Nəticə olaraq demək olar ki, bu müsahibə sadəcə informativ xarakter daşımırdı. Prezident İlham Əliyev regional siyasətin istiqamətlərini, Türk dünyasının inteqrasiya xəritəsini və enerji-nəqliyyat diplomatiyasının gələcək modelini faktiki olaraq cızdı.

Ən əsası, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr ildən-ilə keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bu, həm Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını, həm də Qazaxıstanla münasibətlərin yeni mərhələyə keçidini təsdiqləyən sənəddir.

İlqar İsayev,

YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri