Icma.az
close
up
RU
Deputat: Azərbaycan və Qazaxıstan sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir

Deputat: Azərbaycan və Qazaxıstan sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Qazaxıstanın mühüm, etibarlı strateji tərəfdaşıdır və iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri bir çox vacib məqamlarla yadda qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.

Bu səfərin Qazaxıstan-Azərbaycan əməkdaşlığının yeni keyfiyyət səviyyəsinə yüksəlməsində yeni bir mərhələyə təkan verdiyini qeyd edən K.Nurullayeva deyib: “Bakı və Astana hər zaman bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Uzun illərdir Azərbaycan və Qazaxıstan yerləşdikləri regionun lider ölkələridir. İki ölkənin qarşılıqlı əlaqələrinin möhkəmləndirməsi Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid məkan kimi mövqeyini gücləndirir. Həm Bakı, həm də Astana müstəqil daxili və xarici siyasət həyata keçirir, malik olduqları resursların düzgün idarə edilməsi, insan kapitalına çevrilməsi baxımından da unikal təcrübə nümayiş etdirir”.

Deputatın sözlərinə görə, tərəflər yeni geosiyasi şəraitdə strateji tərəfdaşlığı genişləndirməyi vacib hesab edirlər. Belə ki, Asiya ilə Avropanı birləşdirən Qazaxıstan və Azərbaycan ərazilərindən keçən Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyəti xüsusi aktuallıq kəsb edir. Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün cəlbedici tərəfdaşdır. Ən böyük üstünlük isə ölkələrin vaxtında zəruri infrastrukturu yaratmasıdır. Bu gün artıq yük axınlarının birləşdirilməsindən və həcminin artırılmasından, həmçinin tranzit potensialının artırılmasından söhbət gedir.

“Azərbaycan Prezidentinin də söylədiyi kimi, ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Təbii ki, yeni nəqliyyat yollarının açılması və Avrasiya regionu ilə bağlı layihələrin reallaşması ilə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dövlət səfəri zamanı qəbul edilən qərarlardan biri də qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan Birbaşa İnvestisiya Fondunun fəaliyyətinin aktivləşdirilməsi oldu. Prezidentlər də qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini təsdiqlədilər.

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinə dair dövlət başçılarının imzaladığı birgə bəyannamədə də hərtərəfli əməkdaşlıq istiqamətləri əksini tapıb.

Region ölkələrinin nəqliyyat və tranzit məsələlərinin səmərəli həlli üzrə gələcək qarşılıqlı fəaliyyəti milli nəqliyyat strategiyalarının prioritetləri sırasındadır.

Bu gün Azərbaycan və Qazaxıstan öz regionlarında aparıcı rol oynayaraq sabit regionlararası əlaqələr yaratmaq potensialına malikdir. Bu ölkələrin iqtisadi, texnoloji və insan resursları qarşılıqlı faydalı tərəfdaşlıq üçün əsasdır. Rəqəmsal dövlətin formalaşması, tranzit təhlükəsizliyinin inkişafı əməkdaşlıq üçün prioritet sahələrdir.

Bu gün Azərbaycan və Qazaxıstan yeni orta güc kimi dünya miqyasında statusunu möhkəmləndirir. Bu ölkələr xarici çağırışlara cavab vermək potensilına malikdirlər”, - deyə Könül Nurullayeva fikirllərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri