Icma.az
close
up
RU
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsində yeni rekord həcm proqnozlaşdırılır

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsində yeni rekord həcm proqnozlaşdırılır

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar.

Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər. Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb.

Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib. Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. 

Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

Tərəflər Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə böyük diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və onun qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub. 

Hökumət başçıları humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildirib, mədəni, elm, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar.

Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see139

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see110

Rusiya Trampın ultimatumu qarşısında geri çəkilməyəcək KONKRET

16 İyul 2025 22:35see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri