Icma.az
close
up
RU
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələr dinamikliyini qoruyur

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələr dinamikliyini qoruyur

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Dövlətimizin başçısı öz müsahibəsində bildirib ki, 2022-ci il fevralın 22-də Azərbaycanla Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Həmçinin, Prezident İlham Əliyev qeyd edib ki, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaq.

Yaxın gələcəkdə NATO ilə Rusiya arasında gözlənilən müharibə ilə bağlı sualı cavablandıran zaman dövlətimizin başçısı bildirib ki, ümid edirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq.

Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir.

Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Siyasət 09:38

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələr dinamikliyini qoruyur ŞƏRH

Siyasət 09:36

Regional sabitlik qonşuluq münasibətlərində ən vacib faktordur ŞƏRH

Dünya 24 Dekabr 22:09

Efiopiya və Somali Ankara Bəyannaməsini bir daha bəyan etdilər

Dünya 24 Dekabr 21:57

Ukraynalı diversantlar sui-qəsd cəhdində təqsirli biliniblər

Dünya 24 Dekabr 21:38

Türkiyə Trampla Putinin görüşünün mümkünlüyündən danışıb

Siyasət 24 Dekabr 21:26

Ölkəsini tənəzzülə aparan UĞURSUZ - TƏHLİL

Dünya 24 Dekabr 21:15

İlon Mask Texasda öz şəhərini yaratmağa qərar verdi

Cəmiyyət 24 Dekabr 21:04

Qazaxda ağacəkmə aksiyası keçirilib

Siyasət 24 Dekabr 20:47

"İlham Əliyevin siyasəti bütün Türk dünyasının qürur mənbəyidir"

Dünya 24 Dekabr 20:33

Kadırov döyüşə “yeni könüllülər” göndərib...

Digər xəbərlər

Ölkəsini tənəzzülə aparan UĞURSUZ - TƏHLİL

Siyasət 24 Dekabr 21:26

"İlham Əliyevin siyasəti bütün Türk dünyasının qürur mənbəyidir"

Siyasət 24 Dekabr 20:47

İrakli Kobaxidze lham Əliyevə zəng edib

Siyasət 24 Dekabr 19:21

Patriarxı Kirill Prezidenti İlham Əliyevə zəng edib

Siyasət 24 Dekabr 19:07

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Siyasət 24 Dekabr 18:55

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nizamnamə kapitalı artırılır

Siyasət 24 Dekabr 18:18

"Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutub"

Siyasət 24 Dekabr 18:16

Samuxda ağacəkmə aksiyasi keçirilib

Siyasət 24 Dekabr 18:15

Moldova Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Siyasət 24 Dekabr 18:08

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Siyasət 24 Dekabr 18:07

“Qazprom” rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Siyasət 24 Dekabr 18:06

Dünyanın ən böyük siyasət adamları onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar

Siyasət 24 Dekabr 18:03

Digər Layihələrimiz

Tərəfdaşlarımız

© 2002-2021, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan

Tel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]

Baş redaktor: Bəhruz QULİYEV Təsisçi: “Əlincə“ Azərbaycan Xeyriyyə Cəmiyyəti

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see286

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see148

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see135

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see133

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see127

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see127

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see127

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see127

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see124

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see123

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri