Icma.az
close
up
RU
Azərbaycan ilə Türkiyə münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir

Azərbaycan ilə Türkiyə münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin bu gün keçiriilən plenar iclasında çıxış edib.
Newscenter.az həmin çıxışı təqdim edir:
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşüm oldu. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, dəvət edildiyim Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində oldu.
Hörmətli həmkarlar!
Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşümüzdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparıldı. Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulandı.
Söhbət zamanı qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. Bildirdim ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Əlaqələrin ən yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edildi.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr yüksək qiymətləndirildi. Vurğulandı ki, qanunvericilik orqanları arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırıldı.
Qeyd olundu ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz Türk dünyasının daha sıx birləşməsi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar.
Görüşdən sonra Milli Məclisin sədrinin Türkiyə Böyük Millət Məclisinin plenar iclas salonunda salamlanması mərasimi oldu.
Onu da deyim ki, hörmətli həmkarlar, görüşün yekunu olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri mətbuat üçün bəyanatla çıxış etdilər.
Hörmətli həmkarlar!
Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev parkını ziyarət etdi.
Nümayəndə heyətimiz bir sıra digər tədbirlərdə də iştirak etdi.
Hesab edirəm ki, Türkiyə Respublikasına rəsmi səfər uğurlu keçdi və mən nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəm.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri