Icma.az
close
up
RU
Azərbaycan ilk dəfə olaraq Özbəkistanda keçirilən “Beynəlxalq teatr həftəliyi”ndə təmsil olunub

Azərbaycan ilk dəfə olaraq Özbəkistanda keçirilən “Beynəlxalq teatr həftəliyi”ndə təmsil olunub

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında 27 – Mart Beynəlxalq teatr günü münasibətilə ilk dəfə olaraq Azərbaycan milli teatrına həsr olunmuş “Dostluq səhnələri” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr, yerli vətəndaşlar, jurnalistlər iştirak edib.
Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Xayrulla İnağamov qonaqları salamlayaraq bildirib ki, Özbəkistan teatrları zaman-zaman klassik Azərbaycan musiqili komediyalarına müraciət edib, həmişə də uğur qazanıb. Azərbaycan müəlliflərinin əsərləri əsasında səhnələşdirilən tamaşalar həmişə anşlaqla keçib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və digər Azərbaycan teatrları ilə geniş əlaqələrinin olduğunu və iki il əvvəl Bakıda Məcid Şamxalovun “Qaynana” komediyası ilə qastrol səfərində olduqlarını bildirən X.İnağamov, tamaşalarının uğurla keçdiyini, yerli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandıqlarını qeyd edib. X.İnağamov bugünkü konsert-tamaşa proqramının da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli isə bildirib ki, məlum olduğu kimi, 10 mart ölkəmizdə “Azərbaycan milli teatr günü” kimi qeyd olunur. Azərbaycan teatrının əsası 1873-ci ildə qoyulub və 152 il ərzində böyük inkişaf yolu keçib. Azərbaycan teatrı bütün Şərqdə, o cümlədən Özbəkistanda teatrın yaranması və inkişafına böyük töhfə verib. Həm Azərbaycanda, həm də Özbəkistanda teatrın yaranması məhz mart ayında formalaşıb və bu bir daha dostluğumuzun və qardaşlığımızın yaxınlığından xəbər verir. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycan teatrının təbliği sahəsində bir çox işlər görməkdədir. Belə ki, bu yaxınlarda Mədəniyyət Mərkəzində gənclərdən ibarət Teatr Truppası yaradılmış və bu truppanın aktyorları tərəfindən azərbaycanlı müəlliflərin pyesləri səhnələşdirilir. Bununla yanaşı klassik və müasir azərbaycanlı müəlliflərin pyeslərinin də özbək dilinə tərcümə edilərək teatrlara verilməsi işinə də Mədəniyyət Mərkəzi tərəfindən start verilmişdir. A.Marifli Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrı ilə əməkdaşlığın teatr sahəsindəki əlaqələrimizin daha da genişlənməsinə, Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.
Konsertdə Muqimi teatrının aktyorları tərəfindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Məcid Şamxalovun “Qaynana”, Azərbaycan Mədəniyyət Mərkəzinin Teatr Truppası tərəfindən isə “O olmasın bu olsun”, musiqili komediyalarından səhnələr göstərilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı da adı çəkilən komediyalarda musiqili kompozisiya və rəqs nömrələri ilə yaxından iştirak
Konsert rəqs və aktyor heyətinin ifasında “Biz mehriban ailəyik” mahnısı ilə başa çatıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri