Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycan illər öncə imtina edib, ABŞ da isə...

Azərbaycan illər öncə imtina edib, ABŞ da isə...

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da ölüm hökmünün tətbiqinin yenidən artması dünyada bu cəzanın gələcəyi ilə bağlı mübahisəni aktuallaşdırıb. Ötən gün ABŞ-ın 3 ştatında 3 məhbusun edamının planlaşdırılması fonunda əsas sual yenidən ortaya çıxır - ağır cinayət törətmiş şəxsin həyatına dövlət tərəfindən son qoyulması nə dərəcədə məqbuldur?

Azərbaycan bu suala çoxdan cavab verib. Ölkəmiz 1998-ci ildə ölüm hökmünü ləğv edib və onu ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləyib. Avropanın demək olar ki, bütün ölkələri də ölüm hökmündən imtina edib. Bunun əsas səbəbləri cəzanın geri dönməzliyi, məhkəmə səhvləri və insan həyatının dövlət tərəfindən qəsdən sona çatdırılmasının müasir hüquq prinsiplərinə zidd hesab edilməsidir.

ABŞ isə Qərb dünyasında istisna olaraq qalır. 50 ştatın 27-də ölüm hökmü qanunvericilikdə mövcuddur. Bəzi ştatlarda icra dayandırılsa da, xüsusilə Florida ölüm hökmünün tətbiqində önə çıxır. 2025-ci ildə ABŞ-da 47 edam həyata keçirilib. Bu, 2024-cü ildəki 25 edamdan təxminən iki dəfə çoxdur. 2026-cı ilin ilk yarısından sonra isə 19 edamın 12-si Floridada həyata keçirilib. Ekspertlər bunu Florida qubernatoru Ron DeSantisin ölüm hökmünü asanlaşdıran siyasəti ilə əlaqələndirirlər. Ştatda ölüm hökmü tövsiyəsi üçün tələb olunan münsif səsi də 2023-cü ildə 12-dən 8-ə endirilib.


ABŞ prezidenti Donald Tramp uzun illərdir ölüm hökmünün tərəfdarıdır. Onun ilk prezidentliyi dövründə federal səviyyədə uzunmüddətli moratorium aradan qaldırılıb və 2020-ci ildə 13 federal edam həyata keçirilibCo Baydenin prezidentliyi dövründə federal edamlar dayandırıldı. Tramp isə ikinci prezidentlik müddətinin ilk günündə ölüm hökmünün genişləndirilməsinə yönəlmiş sərəncam imzaladı. Bununla belə, sərəncamdan sonra federal səviyyədə yeni edam həyata keçirilməyib. ABŞ-da əsas dinamika ştatların siyasətindən asılı olaraq formalaşır. Tennessi, Alabama və Oklahoma ştatlarında üç məhbusun edamı gerçəkləşib.

Ağır cinayətlər ölüm hökmünün tərəfdarlarının arqumentlərini gücləndirir. Əleyhdarlar isə başqa sual verir ki, ədalət naminə dövlətin insan həyatına son qoyması doğrudurmu?
Maraqlıdır ki, ABŞ-da edamların artmasına baxmayaraq, ölüm hökmünə ictimai dəstək əvvəlki səviyyədə deyil.

"Gallup" sorğularına əsasən, amerikalıların təxminən 52 faizi ölüm hökmünü mənəvi baxımdan məqbul hesab edir. Bu, 1970-ci illərdən bəri ən aşağı göstəricilərdən biridir. Deməli, ABŞ cəmiyyətində də ölüm hökmünə münasibət getdikcə ehtiyatlılaşır.


Ölüm hökmünə qarşı əsas arqumentlərdən biri məhkəmə səhvi riskidir. Ömürlük həbsə məhkum edilmiş günahsız insan sonradan bəraət ala bilər. Edam edilmiş insanı isə geri qaytarmaq mümkün deyil. Digər mübahisəli məsələ isə ölüm hökmünün cinayətlərin qarşısının alınmasında nə dərəcədə effektiv olmasıdır. Bu cəzanın cinayətkarlığı digər ağır cəzalardan daha çox azaltdığını qəti şəkildə sübut edən vahid elmi nəticə yoxdur.

Azərbaycanın 1998-ci ildə ölüm hökmünü ləğv etməsi ölkənin hüquq sisteminin humanistləşdirilməsi və Avropa hüquq standartlarına yaxınlaşması baxımından mühüm addım oldu. Bu gün ölkəmizdə ağır cinayətlərə görə ömürlük həbs kimi sərt cəzalar mövcuddur. Lakin dövlət insan həyatına son qoymağı cəza vasitəsi kimi tətbiq etmir.

ABŞ isə hələ də bu məsələdə ikili vəziyyətdədir: bir tərəfdən bəzi ştatlarda edamların sayı artır, digər tərəfdən isə cəmiyyət və münsiflər heyətləri ölüm hökmünə əvvəlkindən daha ehtiyatlı yanaşırlar. Nəticədə əsas sual yenə də açıq qalır - dövlət ən ağır cinayəti törədən insanı cəzalandıra bilər, amma onun həyatına son qoymaq hüququna malikdirmi? Dünyanın böyük hissəsi artıq buna “xeyr” cavabını verib. ABŞ-da isə mübahisə hələ davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri