Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatı neftdən asılılığa görə yavaşlayır, digər sahələr bunu kompensasiya etməyə çalışır

Azərbaycan iqtisadiyyatı neftdən asılılığa görə yavaşlayır, digər sahələr bunu kompensasiya etməyə çalışır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bildirir ki, Azərbaycanın iqtisadiyyatı son illə müqayisədə bir qədər zəifləyib. 2024-cü ildə iqtisadi artım 4,1 % olub, amma 2025-ci ilin ilk yarısında bu göstərici xeyli azalaraq 1,5 %-ə düşüb. Bunun əsas səbəbi neft və qaz hasilatında geriləmənin olmasıdır – karbohidrogen sektorunda 3,1 % azalma qeydə alınıb. Yəni, ölkənin ənənəvi əsas gəlir mənbəyi olan neft-qaz sahəsi zəifləyib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələnin yaxşı tərəfi odur ki, qeyri-neft sektoru – yəni iqtisadiyyatın digər sahələri – müəyyən dərəcədə böyüyüb. Tikinti, ticarət və turizm kimi sahələrdə fəallıq artıb və bu, qeyri-neft sektoruna ümumilikdə 3,8 % artım gətirib.

Akif Nəsirli

“EBRD hesab edir ki, 2025-ci ildə iqtisadi artım 3% olacaq. Bu da, əvvəlki proqnozdan bir qədər aşağıdır. Gələn il isə, artım 2,5 % səviyyəsində qalacaq. Yəni bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılıq səbəbindən yavaşlayır, amma digər sahələr müəyyən dərəcədə inkişaf edərək azalmaları kompensasiya etməyə çalışır”-deyə iqtisadçı qeyd edib.

Akif Nəsirlinin sözlərinə görə, 2024-cü ildə 4 %-dən çox artım var idi, amma bu il 3 %-ə düşəcək: “Bu da o deməkdir ki, “böyümə var, amma sürəti azalır”. Yəni iqtisadiyyatda yeni iş yerləri və gəlirlər artmağa davam edəcək, amma əvvəlki qədər sürətli olmayacaq”.

İqtsadçı vurğulayıb ki, Azərbaycanın büdcəsi və valyuta gəlirlərinin əsas hissəsi neft-qazdan gəlir.

“Bunun azalması o deməkdir ki, dövlətin gəlirləri bir qədər sıxıla bilər. Əgər büdcə gəlirləri azalarsa, dövlət xərclərinə (tikinti, sosial layihələr, dəstək proqramları və s.) də təsir edə bilər. Tikinti, ticarət və turizm böyüyür. Bu, müsbət xəbərdir. Çünki yeni iş yerləri əsasən bu sahələrdə yaranır. İnsanların gündəlik həyatına daha çox ticarət, xidmət və turizm sektorunda fəallıq kimi əks olunur”-deyən Akif Nəsirli qeyd edib ki, iqtisadi artım davam edir, amma zəiflədiyi üçün maaşlar və pensiyalar əvvəlki illərdəki qədər tez arta bilməz.

Akif Nəsirli bildirib ki, neftin azalması manatın sabitliyinə risk yarada bilər, amma dövlət ehtiyatları yüksək olduğu üçün yaxın dövrdə ciddi devalvasiya gözlənilmir. İqtisadçı bildirib ki, Azərbaycan iqtisadiyyatı hələ də böyüyür, lakin əsasən neftə bağlılıq səbəbindən böyümənin tempi azalır: Məsələnin pozitiv tərəfi odur ki, turizm, ticarət və tikinti kimi sahələr güclənir. Bu da uzun müddətdə iqtisadiyyatı daha dayanıqlı edə bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri