Icma.az
close
up
RU
Emin Əmrullayev yuxuda gördüyünü Azərbaycan təhsilinə tətbiq etməyə çalışır

Emin Əmrullayev yuxuda gördüyünü Azərbaycan təhsilinə tətbiq etməyə çalışır

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli  "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu fikir ilk dəfə səsləndirilmir:

"Bir neçə il bundan qabaq Elm və Təhsil Nazirliyi də brifinqlərin birində bu fikri səsləndirmişdir. Təhsillə bir bağı olmayan insanların təhsildə həlledici vəzifələrdə işləməsi faciədir.

Hətta Emin Əmrullayev çıxışlarının birində demişdi ki, biz yaxşı müəllimləri vəzifə verməklə itirmək istəmirik. Hələ sertifikasiyada yüksək bal toplamaq, müəllimin peşəkar olması demək deyil. Bu gün ən çox yüksək bal toplayan repetitor müəllimləridir. Problemin kökü buradadır. Biz pedaqoji işi daha yaxşı bilən, idarəetməni daha yaxşı bilən, məktəbə daha çox bağlılığı olan insanlardan, müəllimlər arasından sinif rəhbərlərini seçməliyik. Bu gün sertifikasiyada yüksək bal şərti qoymaq özü absurddur. Bu, bir daha qeyri-peşəkarlıq və qeyri-adiliyin göstəricisidir.

Sertifikasiyada müəllim peşəkarlığını düzgün olaraq ortaya çıxarma mexanizmi yoxdur. 60 sual verilir, 60 sualdan cəmi 10 sual metodikaya, müəllimin peşə sahəsinə aiddir. 50 sual da, təbii ki, fənlə bağlı olan sualdır. Fənnin tədrisi ilə bağlı yox, fənnin özü ilə bağlı olan sualdır. 10 sualla bu gün biz iştirak edən müəllimin peşəkarlığını yoxlamaq imkanımız yoxdur.

Bu gün də populist, qeyri-peşəkar yanaşma kimi, sertifikasiyada yüksək bal toplayanları biz ancaq direktor təyin edəcəyik demək yanlış yanaşmadır".

Ekspert qeyd etdi ki, bu, qanunvericilik tələblərinin pozulmasıdır.

"Bu gün məktəb direktoru olmaq üçün, 20 dekabr 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 nömrəli kollegiya iclasında qəbul edilmiş və 1 yanvar 2018-ci ildən qüvvədə olan Təhsil İşçilərinin Vahid Sorğu Kitabçasının VII fəslində konkret göstərilib ki, məktəb direktoru olmaq üçün pedaqoji təhsili olmalıdır, ali təhsili və 5 il pedaqoji stajı olmalıdır. Bu gün qanunvericilik bunu deyir. Emin Əmrullayev isə tamamilə fərqli bir şey deyir. Hər gün bu insanın yuxusuna düşən və yaxud da hansısa bir pubda oturub müzakirə əsasında beyninə nə batdısa, onu Azərbaycan təhsilinə tətbiq etməyə çalışır. Onsuz da Azərbaycan təhsili bərbad gündədir. Onsuz da Azərbaycan təhsili elə bir iflic vəziyyətə düşüb ki, Emin Əmrullayev Azərbaycanı elə çıxılmaz labirintə salıb ki, buradan çıxış yolu görsənmir. Ta ki, Emin Əmrullayev və onun "şərabçılıq, şəkər zavodunda" və təhsillə bağlı olmayan, ora yığdığı kadrlar Azərbaycan təhsilindən uzaqlaşmayınca, təhsil işçiləri təhsil sisteminə gətirilməyincə, bu düşdüyümüz ağır vəziyyətin çıxış yolunu görə bilmirik.

Bu da onun təhsildə növbəti şıltaqlığıdır və bu, qanunvericiliyə ziddir. Məsələ də budur ki, Emin Əmrullayev nə istəyir, təhsildə onu edir. Onun “bu istəkləri”, bu düşünülməmiş addımların nəticələrini, bədəlini Azərbaycan təhsil işçiləri, Azərbaycan təhsili və Azərbaycan xalqı ödəyir",- deyə Elşən Qafarov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri