Icma.az
close
up
RU
Azərbaycan İran media münasibətləri: Dünən və bu gün

Azərbaycan İran media münasibətləri: Dünən və bu gün

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri çərçivəsində imzalanan sənədlər sırasında media sahəsində əməkdaşlıq məsələsi də yer tutur. Aprelin 28-də “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” mübadilə edilib.

Məlumat üçün bildirək ki, iki ölkə arasında media müstəvisində münasibətlərin inkişaf etdirilməsi təşəbbüsləri həmişə aktual olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən 30 il müddətində bu yöndə effektiv təşəbbüslər göstərib. Bu təşəbbüslər 2016-cı ildə iki ölkənin media strukturları arasında əməkdaşlıq memorondumunun imzalanması ilə yüksək səviyyəyə çatıb. 2016-cı ilin noyabr ayında Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd həmin dövrdə MŞ sədri, Milli Məclisin deputatı olan Əflatun Amaşovun və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hossein Entezaminin imzası ilə qüvvəyə minib.

10 maddədən ibarət olan həmin sənəddə qeyd edilirdi ki, imza müəllifləri öz ölkələrində fəaliyyət göstərən media orqanlarını ikitərəfli əməkdaşlıq qurmağa, xəbərlər, şəkillər, hesabatlar daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına dəstək göstərilməsi, texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, birgə media layihələrinin gerçəkləşməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb. İnformasiya manipulyasiyalarından qorunmaq üçün birgə səylərin göstərilməsi vurğulanıb.

Təəssüf ki, Azərbaycan tərəfindən gündəmə gətirilən rasional təkliflər, irəli sürülən təşəbbüslər, adətən, qarşı tərəfdən qeyri-rasional münasibətlə qarşılanıb. İranın rəsmi qurumları tərəfindən yürüdülən yanlış siyasət, həmçinin İran mediasının qeyri-adekvat addımları iki ölkə arasında münasibətlərin inkişafına deyil, pozulmasına xidmət edib. Əməkdaşlıq üçün imzalanmış müqavilələrə laqeyd yanaşılıb. İran mediası nəinki informasiya manipulyasiyalarından yayınmaq üçün Azərbaycana dəstək verməyib, əksinə, birmənalı olaraq, Azərbaycana qarşı dezinformasiya yayan mərkəzlərin sırasında yer tutub. Belə yanlış münasibət II Qarabağ müharibəsi dönəmində, 2023-cü ildə gerçəkləşdirilən 1 günlük anti-terror əməliyyatları fonunda daha bariz formada diqqət çəkib. Hesablamalara görə, həmin dövrdə İranın müxtəlif strukturlarının təşəbbüsü ilə təqribən

300-dən artıq sosial şəbəkə profilləri, həmçinin KİV qurumları yaradılmış, Azərbaycan dilində təxribatçı informasiyalar yayılması təşkil edilmişdir. Bu barədə 2022-ci ildə hazırladığımız yazıda: “İranın təbliğat və təxribat fəliyyətində yeni elementlər” başlığı ilə dərc edilən məqaləmizdə detallı bilgi vermişik.

İranın media mənsubları, dövlətin media siyasətini həyata keçirən şəxslər nəzərə almalı idilər ki, Azərbaycanla İran arasında münasibətlərin inkişafı zərurəti təkcə xalqlarımız arasındakı mədəni yaxınlığa oxşar, adət-ənənəyə söykənmir. Bu zərurət həm də dünyada baş verən proseslərin regiona təsirindən qaynaqlanır.

Dünyanın müxtəlif qütblərində yer tutan media nəhəngləri dünya düzəninə yön verirlər. Əksər hallarda onlar ikili standartlarla davranırlar, yanlış rəy formalaşdırırlar. Bu cür yanlış münasibətlə təkcə Azərbaycan Respublikası deyil, İran dövləti də üzləşir. Həmin transmilli media korporasiyalarının ümumilikdə, İslam dünyasına baxışları problemlidir, neqativ tendensiya mövcuddur, islamofobiya vardır. Bu yanlış tendensiyanı yalnız vahid güclə, birgə təşəbbüslə ram etmək mümkündür. 2016-cı il müqaviləsinin preambula hissəsində qeyd edilir ki, “Media prinsip etibarilə siyasətdən uzaqdır. Ancaq dünyanın nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər. Ümumən İslam coğrafiyası barədə düşünülmüş şəkildə yanlış, neqativ rəy formalaşdırırlar. Biz mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik”.

Bu gün İranda baxış sistemi dəyişibmi? Qonşu dövlətin uyğun strukturları ilə media, informasiya sahəsində əməkdaşlıq üzrə sənədlərin razılaşdırılması həm Azərbaycan, həm İran, həm də ümumilikdə, regionumuz üçün vacibdir. Belə ki, yaşadığımız dövrdə dünya düzəni yenidən tərtib edilir və təəssüf ki, bu proses mübahisəsiz, münaqişəsiz ötüşmür. Böyük güc mərkəzləri dünyanın istənilən nöqtəsində öz maraqlarını təmin etmək üçün münaqişələr, müharibələr törədə bilirlər. Bu kontekstdə ictimai fikri çaşdırmaq, şəxsi maraqlarını diktə etmək üçün informasiya manipulyasiyalarına yol verir, dezinformasiyalar yayır, xalqları, dövlətləri üz-üzə qoya bilirlər. Yaranmış durum informasiya işinə həssas, diqqətli yanaşma tələb edir. Region əhalisini doğru, düzgün məlumatlarla təmin edilməsi üçün informasiyanın ilkin mənbədən, həm də operativ şəkildə alınması zərurəti yaranır. İnformasiya məsələləri üzrə əməkdaşlıq müqavilələrinin, anlaşma memorandumlarının olması bu kontekstdə mühüm əhəmiyyət daşıyır.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan və İran xalqları tarixən bu regionda yaşamış, mədəni, mənəvi, dini birliyi olan xalqlardır. İran İslam Respublikasında bizim on milyonlarla soydaşımız yaşayır. Tarixi köklərə dayanan əlaqələrimizin bu gün yeni dövrün çağırışlarına uyğunlaşdırılması zərurəti ortaya çıxır. İnformasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi bu konterklstdə də önəmlidir.

Bu və digər faktları nəzərə alaraq, demək olar ki, “Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nun imzalanması mühüm əhəmiyyət daşıyır. Güman edirik ki, bu sənədin xalqlarımız arasında mehriban qonşuluğun yaranmasında mühüm rolu olacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri