Icma.az
close
up
RU
Azərbaycan İran münasibətləri ilə bağlı MÜHÜM DETALLAR: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza belə təsir göstərəcək KONKRET

Azərbaycan İran münasibətləri ilə bağlı MÜHÜM DETALLAR: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza belə təsir göstərəcək KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə baş verən proseslər ciddi narahatlıq doğurur. Müharibənin digər bölgələrə təsiri ən çox müzakirə edilən mövzular sırasındadır. Bəs görəsən, Yaxın Şərqdə baş verən əməliyyatların Cənubi Qafqaza, xüsusilə də Azərbaycan-İran münasibətlərinə dolayı təsirləri ola bilərmi?

Mövzunu KONKRET.az-a politoloq Züriyyə Qarayeva şərh edib:

“Yaxın Şərqdə baş verən əməliyyatların Cənubi Qafqaza, xüsusilə də Azərbaycan–İran münasibətlərinə dolayı təsirləri mümkündür. Əvvəla, bölgədə hərbi əməliyyatların intensivləşməsi enerji bazarlarında qeyri-sabitlik yaradır və bu, həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyət kəsb edən neft-qaz ixracına təsirsiz ötüşmür. Qiymətlərin dəyişməsi ölkələrin iqtisadi siyasətində korrektələrə səbəb ola, həm də regionda enerji layihələri uğrunda rəqabəti gücləndirə bilər. Digər tərəfdən, Yaxın Şərqdə baş verən hadisələr geosiyasi bloklaşmaları da dərinləşdirir. İranın regional siyasəti və bir sıra aktorlarla – xüsusilə, HƏMAS, “Hizbullah” kimi qruplarla əlaqələri onu Qərb üçün daha çox təzyiq hədəfinə çevirir. Bu kontekstdə Azərbaycanla İran arasında münasibətlərə də dolayı təsirlər mümkündür. Bakı öz balanslaşdırılmış siyasətini qorumağa çalışsa da, beynəlxalq güclərin bölgədəki maraqları Azərbaycan–İran münasibətlərini zaman-zaman gərginləşdirə bilər. Eyni zamanda, Yaxın Şərqdəki gərginlik sərhədyanı bölgələrdə təhlükəsizlik məsələlərinin aktuallaşmasına səbəb ola bilər. Azərbaycan regional sülh və sabitlik siyasətini davam etdirmək niyyətindədir, lakin İranın Yaxın Şərqdəki mövqeləri onun Cənubi Qafqazdakı davranışına da təsir göstərə bilər. Beləliklə, Yaxın Şərqdə baş verən əməliyyatlar birbaşa deyil, lakin dolayı şəkildə Azərbaycan–İran münasibətlərində yeni dinamika yarada və tərəflərin geosiyasi seçimlərini daha da həssas edə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri