Icma.az
close
up
RU
Azərbaycan İran münasibətlərində istiləşmə: Pezeşkianın səfərinin mühüm əhəmiyyəti var

Azərbaycan İran münasibətlərində istiləşmə: Pezeşkianın səfərinin mühüm əhəmiyyəti var

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu həftə planlaşdırılır.

Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.

“Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub”, - o qeyd edib.


Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Məsud Pezeşkianın Azərbaycana səfəri çox vacib bir dövrdə gerçəkləşir:


"Nəzərə almaq lazımdır ki, İran-Azərbaycan münasibətlərində son zamanlar qarşılıqlı səfərlərin sayı çoxalıb. Daha əvvəl də bu ölkənin bir sıra yüksək rəsmi şəxsləri Azərbaycana gəlmişdi. Həmçinin İran və Azərbaycan nazirləri müxtəlif səviyyələrdə görüşlər həyata keçiriblər. Eyni zamanda sonuncu olaraq, Novruz və Ramazan bayramında da Məsud Pezeşkianla Cənab Prezident İlham Əliyev arasında telefon danışıqları aparılmışdı. Bu fonda İran Prezidentinin ölkəmizə səfəri baş tutur. Digər tərəfdən Azərbaycan və İran arasında özəlliklə nəqliyyat, infrastruktur, o cümlədən gələcək layihələrin müzakirəsi baxımından Pezeşkianın səfərinin mühüm əhəmiyyəti mövcuddur. Məhz xüsusilə İranda bəzi məmurların və medianın apardığı təbliğata görə iki ölkə arasında müəyyən soyuq münasibətlər yaranmışdı. Lakin hər halda hazırda istiləşmə, qarışılıqlı şəkildə diplomatik əlaqələr qurulduğunu müşahidə edirik. Bu mənada hesab edirəm ki, sözügedən görüşdə bəzi Azərbaycanın narahatlığına dəlalət gətirən məsələlər də qaldırılaraq müzakirə ediləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see152

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see138

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see133

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see130

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see125

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see123

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see121

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see120

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see119

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see118

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see118

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see118

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see118

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see117

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri