Icma.az
close
up
RU
Azərbaycan İtaliya əlaqələri siyasi iradə və iqtisadi maraqların vəhdəti ilə inkişaf edir ŞƏRH

Azərbaycan İtaliya əlaqələri siyasi iradə və iqtisadi maraqların vəhdəti ilə inkişaf edir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Son onilliklər ərzində Azərbaycan və İtaliya möhkəm əməkdaşlıq təməli qurub və həmin əlaqələri strateji tərəfdaşlıq kimi səciyyələndirmək olar. Dövlət başçıları səviyyəsində mütəmadi təmaslar və müxtəlif illərdə imzalanmış ikitərəfli sənədlər münasibətlərə uzunmüddətli dayanıqlılıq və etibarlılıq gətirib. Bu əməkdaşlıq formatı yalnız rəsmi bəyanatlara deyil, həm də iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahəsində əldə olunan real nəticələrə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva söyləyib.

O qeyd edib ki, xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə daim verdiyi dəstəkdir. Roma həmişə beynəlxalq hüquq prinsiplərindən çıxış edib və Bakının suverenliyini bərpa etmək istiqamətində atdığı addımları dəstəkləyib. Xüsusilə, bəzi Avropa paytaxtlarının ikili standartlara üstünlük verdiyi çətin anlarda İtaliya konstruktiv dialoqun və balanslı yanaşmanın tərəfdarı kimi çıxış edib. Ötən ilin aprelində İtaliyanın xarici işlər nazirinin müavini Edmendo Çiriyelli bəyan etmişdi ki, belə açıqlamalar sülh prosesinə zərbə vurur və dayanıqlı razılaşmaların əldə edilməsinə xidmət etmir. Bu mövqe Romanın prinsipiallığını və Avropa siyasətində birtərəfli yanaşmalara qarşı çıxmaq iradəsini göstərir.

“İtaliya Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi yer tutur. O, ölkəmizin aparıcı ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Enerji sektoru isə yaxınlaşmanın əsas amilinə çevrilib. Belə ki, Bakı Romaya əhəmiyyətli həcmdə neft və qaz ixrac etməklə İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirir və eyni zamanda Avropanın enerji təminatında Azərbaycanın rolunu artırır. Cənub Qaz Dəhlizinin reallaşdırılması və Azərbaycanın TАP vasitəsilə İtaliya bazarına çıxışı iki dövlət arasında enerji əməkdaşlığının ən mühüm mərhələlərindən biri olub. Lakin əlaqələr yalnız karbohidrogenlərlə məhdudlaşmır. Hazırda Avropaya elektrik enerjisinin ötürülməsi layihələri müzakirə edilir. Buraya “yaşıl enerji”nin ixracı və Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək transmilli xətlərin yaradılması da daxildir. Bu isə tərəfdaşlığın yeni mərhələyə, yəni ənənəvi enerji əməkdaşlığından müasir dayanıqlı texnologiyalara keçidinə işarədir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya münasibətlərində humanitar ölçü də önəmli yer tutur. Bakıda yaradılan İtaliya-Azərbaycan Universiteti iqtisadi və enerji sahələrindən kənarda əlaqələrin genişlənməsinin rəmzi olub. Universitet Azərbaycanın ADA Universiteti ilə İtaliyanın aparıcı akademik mərkəzlərini birləşdirərək tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq və birgə elmi tədqiqatlarda iştirak etmək imkanı verir. Belə təşəbbüslər yalnız peşəkar kadrların hazırlanmasına deyil, həm də mədəni mübadilənin inkişafına xidmət edir və təhsili xalqlar arasında dostluğun körpüsünə çevirir.

“İtaliya ənənəvi olaraq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəkləyib. Romanın bu mövqeyi Bakının Brüssel ilə dialoqunu gücləndirir və eyni zamanda, Avropaya Cənubi Qafqaz regionunda daha balanslı siyasət yürütmək imkanı yaradır. Beləliklə, “Azərbaycan-İtaliya-Aİ” üçtərəfli formatı əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycan və İtaliya münasibətləri enerji sahəsində məhdud əməkdaşlıqdan çoxşaxəli tərəfdaşlığa qədər inkişaf edib. Müasir dünyada beynəlxalq əlaqələrin dayanıqlılığı və şaxələndirilməsi mühüm rol oynayır və Azərbaycan-İtaliya nümunəsi göstərir ki, siyasi iradə, iqtisadi maraqlar və humanitar layihələrin vəhdəti uzunmüddətli müttəfiqlik modelini formalaşdıra bilər. Azərbaycan üçün İtaliya təkcə mühüm Avropa tərəfdaşı deyil, həm də Avropaya daha dərindən inteqrasiyanın “pəncərəsidir”. İtaliya üçün isə Bakı etibarlı enerji mənbəyi, strateji müttəfiq və beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsiplərinə hörmətin vacibliyini bölüşən dövlət olaraq qalır”, - deyə S.Fətəliyeva əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri