Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini mzakirə edib FOTO
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Mikayıl Cabbarovun şirkətin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.
"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















