Icma.az
close
up
RU
“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb FOTO

“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb FOTO

COP29 çərçivəsində İtaliyanın  “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi nümayəndə heyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda olublar. İtaliyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında görüş olub. 

"Unikal" xəbər verir ki, daha sonra “AzərEnerji” ilə “Ansaldo Energia” arasında dekarbonizasiya, kadr hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.

 “AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji" keçidinə mühüm töhfə verəcək. 


seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri