Icma.az
close
up
RU
Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu

Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zələzlə tarixinin ən fəlakətli hadisələrindən biri idi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 ballıq zəlzələ Türkiyənin 11 vilayətini silkələdi. 500 atom bombası gücündə olan zəlzələlər 53 mindən çox insanın həyatına son qoydu, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanlar Hatayda 400 metr uzunluğunda nəhəng çat meydana gəldi. Bu ağır gündə Türkiyənin köməyinə çatan ilk ölkədə yenə də Azərbaycan oldu. Bir millət iki dövlət olaraq biz şad günlərdə olduğu kimi, faciəli məqamlarda da bir yerdə olur, kədərlərimizi paylaşırıq. İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı iki türk dövlətinin qardaşlığının ən yüksək göstəricisi idi. Dəhşətli zəlzələdən sonra dağılmış ərazidə Azərbaycanın yardımı ilə yenidən inşa olunan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına, əbədiliyinə şahidlik etdi”.

Bunu Modern.az-a Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, çıxışlarda verilən mesajlar Azərbaycan-Türkiyə qardaşlığının hər bir məsələdə olan birliyinin açıq təcəssümü kimi xarakterizə olunmalıdır:

“Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının Kahramanmaraş və Türkiyənin digər bölgələrində 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı yaşanan faciəni öz faciəsi kimi qəbul etdiyini diqqətə çatdırıb. Doğrudan da, həmin vaxt dövlət səviyyəsində edilən yardımlarla yanaşı, fərdi təşəbbüslərlə edilən köməkliklər, atılan addımlar qürurverici idi. Sıravi insanlarımız, ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlarımız belə imkanları çatan qədər qardaş Türkiyə xalqına köməklik edirdilər, yardım toplayırdılar. Azərbaycan xalqı və dövləti də hər zaman olduğu kimi bu dəfə də öz qardaşlarının, bacılarının yanında olub. Qısa zamanda bütün  zəlzələ bölgələrində geniş-bərpa quruculuq işləri həyata keçirildi.  Kahramanmaraşda salınan məhəllə Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti abidəsidir. Münaqişəılərin, müharibələrin tüğyan etdiyi məqamda Türk birliyi ifadəsi kimi bu hadisə bütün dünyaya yaxşı bir mesaj oldu. Biz sülhün, əmin-amanlığın, sosial rifahın tərəfdarəyəq ”.

Deputat bildirdi ki, Azərbaycan dövləti və xalqı həmin ərəfədə səfərbər olmuşdu, yardım məntəqələrinin önündə növbələr yaranmışdı:

“Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı. Ölkəmizdən göndərilmiş nümayəndə heyəti tərəfindən qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib. Bu bizim qardaşlıq borcumuz, görəvimiz idi. Çünki Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə qardaş Türkiyə hər zaman yanımızda olub. II Qarabağ müharibəsinin ilk dəqiqələrindən cənab Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyini xalqımız heç vaxt yaddan çıxartmır. Ölkəmizin başçısı qeyd etdi ki, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan savaşın ilk günündən bizimlə çiyin-çiyinə, bir yerdə oldu.  Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Siyasi və diplomatik dəstəklə yanaşı, humanitar yardımları ilə də xalqımızın, dövlətimizin yanında olan qardaşlarımız eyni münasibəti bizdən də görmüş oldular.  “Azərbaycan” məhəlləsində 90-dan çox bina inşa edilib. 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. O mənzillərdə yaşayan ailələr, o alilələrdə böyüyən uşaqlarda Azərbaycan sevgisi əbədi olacaq. Bu məhəllənin inşa edilərək qardaşlarımıza hədiyyə edilməsi gələcəyə qoyulmuş xoşniyyətli investisiyadır, gələcək münasibətlərimizin bünövrəsinin möhkəmliyinin təmin edilməsi üçün atılmış addımdır.   Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyidir.  Ətrafımızda siyasi gərginliklərin, iqtisadi böhranların dərinləşdiyi, hərbi qarşıdurmaların şiddətləndiyi bir dönəmdə Azərbaycan və Türkiyənin bir-birinə səmimi dəstəyi, birgə layihələr həyata keçirməsi, regionda barışdırıcı mövqe tutması, sülhü təbliğ etməsi ölkələrimizin liderlərinin peşəkarlığından, uzaqgörənliyindən xəbər verir. Bu həm də xalqlarımızın xarakter göstəricisidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri