Icma.az
close
up
RU
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Daun xəstəlik deyil, fərqlilikdir” adlı tədbir keçirilib.

Azərbaycan Karate Federasiyasından Sfera.az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən mərkəzin direktoru Natella Həsənova bütün dünyada olduğu kimi, Azərbaycanda da Daun sindromu daşıyıcısı olan yüzlərlə insanın olduğunu bildirib. Qeyd edib ki, həm onlar, həm də valideynləri bir çox problemlə qarşılaşırlar. Direktor bunun əsasən cəmiyyətimizdə Daun sindromu haqqında lazımi biliklərin olmamasından irəli gəldiyini söyləyib.

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov deyib ki, tədbirin keçirilməsində məqsəd ilk növbədə Daun sindromunun xəstəlik yox, genetik fərqlilik olmasına diqqət çəkmək, mərkəzdə reabilitasiya görən uşaqlarla zaman keçirmək, onların sosiallaşmasında rol oynamaq və cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir: “Bu gün ölkəmizdə bu qəbildən olan şəxslərə dövlət səviyyəsində qayğı göstərilir. Reabilitasiya mərkəzində Daun sindromlu xəstələr üçün psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu gün isə biz onların görüşünə gəlmişik. Ümid edirik ki, bu görüş davamlı olar”.

Bildirilib ki, Daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə inteqrasiyası həm onların, həm də cəmiyyətin inkişafı üçün çox vacibdir. Bu, onların sosial bacarıqlarını, özünə inamını və fiziki sağlamlığını gücləndirməklə yanaşı, cəmiyyətin də inklüzivliyini və tolerantlığını artırır.

“Daun sindromlu şəxslər üçün idman fiziki sağlamlıq, motor bacarıqları və koordinasiya baxımından böyük fayda verir. Karate idman növü onların fiziki inkişafına müsbət təsir göstərir. Paralimpiya və parakarate kimi yarışlar onların bacarıqlarını göstərmək üçün ideal platformalardır. İdmanla məşğul olmaq həm də onların özgüvənini artırır və sosiallaşmanı dəstəkləyir. AKF-nin üzvləri arasında da Daun sindromlu idmançılar var və onlar bir çox yarışda böyük nəticələr əldə ediblər”, - qeyd olunub.

Tədbirdə Azərbaycan Karate Federasiyasının sosial layihələrə dəstək verdiyi və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi vurğulanıb.

Rəsmi çıxışlardan sonra mərkəzin uşaqları tərəfindən oyunlar nümayiş olunub. Eyni zamanda, proqram çərçivəsində uşaqlar üçün bədii əyləncəli oyunlar keçirilməklə yanaşı, idmançılarla mərkəzdə təhsil alan uşaqların karate üzrə nümunəvi çıxışları göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri