Icma.az
close
up
RU
“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir Ekspert

“Azərbaycan kənd təsərrüfatı məhsulları Avropa standartına cavab vermir Ekspert

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, xüsusilə də kənd təsərrüfatının da inkişafında müəyyən mərhələlərə yol açıb. Kənd təsərrüfatının ölkənin daxili bazarını təmin etməklə yanaşı, xarici bazara da çıxış potensialı yüksək qiymətləndirilir. Buna səbəb iqlim və torpaq xüsusiyyətləri geniş, məhsul çeşidliliyi və mövsümi üstünlüklərinin olmasıdır. Bütün bu imkanların fonunda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün hansı bazarlara yönəlməli və bu istiqamətdə hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bunun üçün ilk olaraq ölkədə kənd təsərrüfatını inkişaf etdirməli, məhsul bolluğuna nail olunmalıdır: “Azərbaycanda kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına olan yerli tələbatın 50 faizindən çoxu bu gün idxal hesabına qarşılanır. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarının ixracı barədə düşünmək absurddur. Amma ola bilər ki, kənd təsrrüfatında ayrı-ayrı sahələr inkişaf edir. Məsələn, yay aylarında çıxan bostan tərəvəz bitkilərinin istehsalı digər kənd təsərrüfatı məhsullarına nisbətən çoxdur. Belə olan halda digər məhsulların yetişdirilməsinə diqqət etməli, orqanik məhsullar yetişdirməyə nail olmalıyıq.  Fermerlərlə maarifləndirici işlər görməliyik”.

Məhsullarımızın avropa bazarına çıxması üçün…

Ekspert deyir ki, hazırda Avropa bazarlarında məhsulların keyfiyyəti ilə bağlı tələblər var: “Azərbaycan pomidorunu Rusiya bazarı qəbul etməyəndə biz başqa bazar axtarmırıq. Əvvəllər Avropa bazarları alternativ bazarlar idi. Ancaq indi həmin bazarlarda bu məhsullara yüksək keyfiyyət tələbatı var. Lakin hazırda Azərbaycanda istehsal edilən məhsulların o standartlara cavab verməsi müşkül məsələdir. Buna baxmayaraq, bu bazarlara çıxmaq istəyiriksə, aqrotexniki qaydalara əməl etmək çətin deyil. Məhsulun tərkibində nitratı lazımi səviyyədə saxlayıb, orqanik gübrələrlə qidalandırmaq lazımdır ki, həmin məhsullar dünya standartlarına uyğun gəlsin”. 

“Yüksək məhsuldarlıq” insan sağlamlığına ziyandır

Akif Nəsirli əlavə edib ki, bu bitkilərə vurulan gübrələr insan orqanizmi üçün də ziyanlıdır: “Azərbaycanda meyvə və tərəvəzləri azotla şişirdib “yüksək məhsuldarlığa nail olmaq” çox populyarlaşıb. Məsələn, hazırda istixanalarda yetişdirlən xiyarın ikisini bir adam dalbadal yeyə bilməz. Çünki tərkibində azot çox olduğuna görə həzm sistemini pozar. Yay vaxtı yemişə, qarpıza o qədər azot vururlar ki, tez-tez zəhərlənmələr olur. Hətta zəhərlənmələr olmasa da belə qarpızı yeyəndə narahatlıq halları bir çox adamda olur. Buna səbəb qarpızın tərkibində azotun miqdarının normadan 2 dəfədən çox olmasıdır”.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Aprel 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri