Icma.az
close
up
RU
Azərbaycan Keniya ilə enerji əməkdaşlığı qurur

Azərbaycan Keniya ilə enerji əməkdaşlığı qurur

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Energetika naziri Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüşü keçirilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan – Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib, enerji sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji təhlükəsizliyinin təminində rolu, bərpa olunan enerjinin istehsalı və ixracını əhatə edən irimiqyaslı layihələri, həmçinin Afrika ölkələrinə qədər genişlənən əməkdaşlıq coğrafiyasından bəhs edilib. Azərbaycanla Keniyanın neft-qaz, mayeləşdirilmiş təbii qaz, enerji şəbəkəsinin gücləndirilməsi, geotermal və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlarına əsaslanaraq geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edən sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, eləcə də SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər. Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı birgə işçi qrupun yaradılması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri