Azərbaycan klubu Bolqarıstanda oynayan forvardı istəyir bolqarlar 1 milyon avro tələb edir
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Bolqarıstanın “Beroe” klubunun hücumçusu Leandro Qodoy karyerasını Misli Premyer Liqasında davam etdirə bilər.
Sportal.az "Мач Телеграф" nəşrinə istinadən xəbər verir ki, argentinalıya Azərbaycandan maraq var. Ancaq Qodoyun xidmətində hansı klubun maraqlı olduğu açıqlanmır.
23 yaşlı hücumçunu Rusiyanın "Lokomotiv" və Bolqarıstanın ÇSKA klubları da transfer etmək niyyətindədir. “Beroe” Qodoy üçün 1 milyon avro tələb edir. Cənubi amerikalının hansı kluba üstünlük verəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.
Argentinalı futbolçu bu mövsüm 12 qol vurub və onun Bolqarıstan təmsilçisi ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Leandro "Rasinq", “Çakarita Juniors”(hər ikisi Argentina), “Torreense”(Portuqaliya) klublarında oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Yanvar 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















