Icma.az
close
up
RU
Azərbaycan komandosları Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər YENİLƏNİB

Azərbaycan komandosları Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər YENİLƏNİB

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 9 may, AZƏRTAC

Azərbaycan Respublikasının Komandos briqadasının parad heyəti faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi parad çərçivəsində Moskvada Qızıl meydanda təntənəli marşla keçid ediblər. Parad heyətinə polkovnik-leytenant Samit Məmmədov rəhbərlik edib.

AZƏRTAC xəbər verir ki, Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.

Rusiya Prezidenti Vladimir Putin parad iştirakçılarına və Rusiya vətəndaşlarına müraciət edib. O, çıxışında nasizmin məğlub edilməsində keçmiş SSRİ respublikalarının rolunu qeyd edərək, Cənubi Qafqaz və Orta Asiya xalqlarının qəhrəmanlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, “buradan cəbhənin ehtiyac duyduğu hər şeylə yüklü vaqonlar fasiləsiz yola düşüb. Burada hospitallar yerləşdirilib və yüz minlərlə təxliyə olunmuş insan özünə ikinci vətən tapıb. İnsanlar evlərini, çörəklərini və mənəvi dəstəyini onlarla bölüşüb”.

Qızıl meydandakı parad bütün həlak olmuşların xatirəsinə bir dəqiqəlik sükutla başa çatıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri