Icma.az
close
up
RU
Azərbaycan Konstitusiyasında təsbit edilən prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir ŞƏRH

Azərbaycan Konstitusiyasında təsbit edilən prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli dəyərlərinin və müasir hüquqi düşüncəsinin təcəssümüdür. O, cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatını tənzimləyən, insan hüquq və azadlıqlarının təminatçısı olan ali hüquqi sənəddir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə ölkədə yeni reallıqları nəzərə alan mühüm addımdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, dövlətin qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatçısıdır. Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanununun qəbulu ilə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb. “Həmçinin Ulu Öndərin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilib. Qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində dönüş nöqtəsidir. Bu sənəd dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağı, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) təmin etməyi, insan hüquq və azadlıqlarının müdafiəsini, demokratik və hüquqi dövlətin əsaslarını müəyyənləşdirib. Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və milli prinsiplərə əsaslanaraq demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”. Doğurdan da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir”.

Konstitusiyada 48 maddənin bilavasitə insan hüquq və azadlıqlarına həsr olunduğuna diqqət çəkən deputat vurğulayıb ki, bu da sənədin humanist mahiyyətini nümayiş etdirir: “1997-ci ildə “Konstitusiya Məhkəməsi haqqında” Qanun qəbul edildikdən sonra 1998-ci ildə bu ali hüquqi orqan fəaliyyətə başlayıb. Beləliklə, Azərbaycanda Konstitusiya ədalət mühakiməsi sistemi formalaşdırılıb və hüquqi dövlət quruculuğunun əsas prinsipləri möhkəmləndirilib. Zamanın çağırışlarına uyğun olaraq, Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər bilavasitə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə, bələdiyyələrin və məhkəmə orqanlarının səmərəli fəaliyyətinə yönəlib. Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi bu yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradıb. Həyata keçirilən islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilib”.

P.Vəliyeva 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbəni və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərini xatırladıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi bütün ərazimizdə bərqərar edilib. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib, beynəlxalq hüququn normaları və təməl prinsiplərin aliliyi təmin edilib. Həmçinin dövlətimizin başçısının 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu ilin Tədbirlər Planına uyğun olaraq ölkənin bütün bölgələrində maarifləndirici layihələr və elmi-praktik konfranslar keçirilir. Eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis olunub. Bu medal Konstitusiyanın təkmilləşdirilməsinə, hüquq sisteminin inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verən şəxslərə təqdim ediləcək.

Azərbaycan Konstitusiyası xalqın iradəsini, dövlət müstəqilliyini və insan hüquqlarını ifadə edən ən ali hüquqi sənəddir. O, ölkəmizin sabit inkişafının, suverenliyinin və hüquqi dövlət quruculuğunun təminatıdır.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu möhkəm hüquqi təməl bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, dayanıqlı inkişafın və milli birliyin əsası olaraq qalır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri