Icma.az
close
up
RU
Azərbaycan Könüllüləri “Hüquq və Dövlət” Könüllülər düşərgəsində bir araya gəliblər

Azərbaycan Könüllüləri “Hüquq və Dövlət” Könüllülər düşərgəsində bir araya gəliblər

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

31 avqust – 3 sentyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq və Dövlət” Könüllülər Düşərgəsi uğurla həyata keçirilib. SİA xəbər verir ki, düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçün müxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub. Düşərgə iştirakçıları “Hüquq sistemində gənclərin rolu”, “Kütlə qarşısında çıxış və təqdimat bacarıqları” və “İnandırma və manipulyasiya texnikaları” mövzularında interaktiv çıxışlar və müzakirələrdə fəal iştirak ediblər. Bu sessiyalar gənclərin həm hüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişaf bacarıqlarını gücləndirmək baxımından əhəmiyyətli rol oynayıb.
Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. İştirakçılar üçün müxtəlif komanda oyunları, “Suveren” intellektual yarışı, film saatı, eləcə də gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə “Məhkəmə simulyasiyası: Cinayət işi” adlı simulyativ oyunu keçirilib.
Düşərgənin son günü isə yaradıcılıq və birlik ab-havası ilə yadda qalıb. İştirakçılar “İstedadSən” yaradıcılıq yarışmasında öz bacarıqlarını nümayiş etdirib, daha sonra isə tonqal ətrafında bir araya gələrək düşərgənin son anlarını paylaşma fürsəti əldə ediblər.
“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi Azərbaycan Könüllüləri üçün hüquq və dövlətçilik mövzularında biliklərini artırmaq, ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək, yaradıcı potensiallarını üzə çıxarmaq və könüllülük dəyərlərinə bağlılıqlarını gücləndirmək baxımından mühüm bir göstərici olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri