Icma.az
close
up
RU
İordaniya mediası Müstəqillik Günü ilə bağlı silsilə məqalələr dərc edib

İordaniya mediası Müstəqillik Günü ilə bağlı silsilə məqalələr dərc edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 29 may, AZƏRTAC

28 May – Müstəqillik Günü ilə bağlı İordaniya mətbuatında silsilə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin internet səhifəsində, “Ər-Ray”, “Əd-Düstur” hökumət qəzetlərində, eləcə də geniş oxucu kütləsinə malik “Jordan Daily”, “Ammon News” və “əl-Bələd News” elektron xəbər portallarında “Azərbaycan müstəqilliyinin 107-ci ildönümünü qeyd edir” adlı məqalə və “Azərbaycan səfirliyi ölkəsinin Müstəqillik Gününü qeyd edir” başlığı altında səfirliyin bu əlamətdar günlə bağlı bəyanatı dərc edilib.

Yazılarda 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğu qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara səsvermə hüququ verməklə universal seçki hüququnu tətbiq etmiş, qısa müddətdə demokratik təsisatların bünövrəsini qoymuş bir demokratik ölkə olduğu vurğulanıb.

Məqalələrdə müstəqilliyimizin 1991-ci ildə bərpasından sonrakı ilk illərində Azərbaycanda xaos və iqtisadi böhranın, çox ağır sosial vəziyyətin hökm sürdüyü və ölkəmizin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi və 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində sabitliyin bərpa olunduğu diqqətə çatdırılır. Eyni zamanda, “Əsrin müqaviləsi” və digər qlobal enerji layhiələri ilə, həmçinin düzgün daxili və xarici siyasi fəaliyyət nəticəsində ölkəmizin möhkəm suverenliyinin və iqtisadi inkişafının əsasının qoyulduğu bildirilir. Həmçinin İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyi, həmin ərazilərdə böyük həcmdə bərpa və quruculuq işlərinin həyata keçirildiyi qeyd olunur.

Yazılarda Azərbaycanla İordaniya arasında mövcud olan səmərəli və strateji münasibətlərə də diqqət yetirilir. Qeyd edilir ki, bu əlaqələrin əsası 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev ilə mərhum Kral Hüseyn bin Talal arasında keçirilmiş görüş zamanı qoyulub. Prezident İlham Əliyev və Kral II Abdullahın rəhbərliyi ilə siyasi, müdafiə, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq daha da genişləndirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri