Azərbaycan kuboku matçında bədbəxt hadisə
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, matçın 22-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçin ayağı sınıb.
“Sabah”ın hücumçusu Pavol Şafranko ilə mübarizədə ayağına zərbə alan moldovalı müdafiəçi meydandan təcili tibbi yardım maşını ilə çıxarılıb.

Azərbaycan kuboku matçında bədbəxt hadisə
03 Dekabr 2024 22:37

