Azərbaycan Kuboku: Qaradağ Lökbatan dan darmadağın 12:0! YENİLƏNİB
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Qaradağ Lökbatan” öz meydanında “Şəki” ilə qarşılaşıb. Ev sahibləri rəqibini 12 cavabsız qolla darmadağın edib - 12:0.
“Şəmkir” isə “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə uduzub.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
14:30. “Qaradağ Lökbatan” - ”Şəki” 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:30. “Şəmkir” - “Ağstafa Gəncləri” 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, birinci təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.
Əvəzedicilər Liqası: V turun təyinatları müəyyənləşib I Liqa: IV turun təyinatları bəlli olub Azərbaycan Kuboku: I təsnifat mərhələsinin təyinatları açıqlanıb Alen Şkribeklə Bakıda bir gün – “Neftçi TV”dən maraqlı vloq - VİDEO “Zirə”nin futbolçularına seminar keçirilib
Baxış sayı:178
Bu xəbər 07 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















